Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunda daha matçı baş tutub.
Elchi.az xəbər verir ki, günün ilk matçında “Kəpəz” “Səbail”i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla xallarının sayını 25-ə çatdıran “Kəpəz” 7-ci pilləyə yüksəlib. 18 xala malik “Səbail” 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, günün digər görüşündə “Zirə” “Neftçi”ni qəbul edəcək. Turun açılış oyununda “Sumqayıt” səfərdə “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib. Tura aprelin 2-də keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” matçları ilə yekun vurulacaq.
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar
2026 Dünya Kubokunda iştirak edən 48 ölkənin heyətləri yekunlaşdıqdan sonra turnirdə yarışan komandaların və oyunçuların ədədi məlumatları aydınlaşdı. Klub səviyyəsində...





















Son şərhlər