Bu gün Baş nazir Əli Əsədov və Qazaxıstan Baş naziri Əlixan Smailov arasında telefon danışığı olub.
Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Əli Əsədov Əlixan Smailovu yenidən Qazaxıstan Baş naziri təyin edilməsi münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Telefon danışığı zamanı iki ölkə arasında dostluq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan-Qazaxıstan strateji əməkdaşlığın perpektivləri müzakirə olunub.
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib – VİDEO
Azərbaycan Respublikası müdafiə nazirinin 2026-cı il təsdiq etdiyi tədbirlər planına əsasən, hərbi pilotlarımızla təlim-məşq uçuşları icra edilib. Müdafiə Nazirliyindən Elchi.az-a...






















Son şərhlər