İsrailin xaricdəki diplomatik nümayəndəliklərinə martın 27-də ölkədə məhkəmə islahatlarına qarşı keçirilən ümummilli tətilə qoşulmaqla bağlı çağırış edilib.
Elchi.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
İsrailin ən böyük həmkarlar ittifaqı “Histadrut” bütün dövlət qulluqçularına, o cümlədən xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşlarına tətilə çıxmaq çağırışı edib.
Məlumata görə, İsrail səfirlikləri etiraz aksiyasına qoşulacaq və yalnız təxirəsalınmaz xidmətlər göstərəcək. İsrailin ABŞ və Fransadakı səfirlikləri artıq fəaliyyətini dayandırıb.
Qeyd edək ki, martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasından sonra etiraz aksiyaları başlayıb.
İsrail Prezidenti İshaq Hersoq da ölkənin baş nazirini və onun hökumətini kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarının qəbulunu dayandırmağa çağırıb.
Baş verən etirazlar fonunda Baş nazir Binyamin Netanyahu məhkəmə islahatlarını dayandırmaq niyyətində olduğunu bildirib.
Prezident Vladimir Zelenski Norveçin Baş ilə telefon danışığı aparıb
Prezident Volodimir Zelenski Norveçin Baş naziri Yonas Qar Styöre ilə telefon danışığı keçirib, müzakirə olunan əsas mövzulardan biri Ukraynanın hərbi...





















Son şərhlər