Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) martın 26-da keçiriləcək “Qarabağ”-“Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
Elchi.az xəbər verir ki, müraciətdə azarkeşlərdən ictimai nəqliyyatdan, xüsusilə ayrılmış ekspress marşrutlardan istifadə etmələri xahiş olunub.
Qeyd olunub ki, azarkeşlər oyundan 1 saat əvvəl “Bakı Olimpiya Stadionu”una gəlməli, ictimai asayişi qorumalı, digər vətəndaşlara maneə yaratmamalıdırlar.
DYP “Qarabağ”a oyunda uğurlar arzu edib, hər kəsi iki qardaş ölkənin yoldaşlıq oyunundan zövq almağa çağırıb.
“Traktor”un qadın futbol klubu qalib gəldi
Təbrizin "Traktor" qadın futbol komandası Birinci Liqanın səkkizinci həftəsinin oyunları çərçivəsində Kürdüstanın "Yasam" komandası ilə qarşılaşıb. Elchi.az xəbər verir ki,...





















Son şərhlər