"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Hökuməti növbəti dəfə daha ciddi islahatlara çağırıram”

17 Mart 2023 - 17:00
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Azərbaycanda real bazar iqtisadiyyatı yaradılmalıdır”

Bunu da oxuyun

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

DİN-in şəxsi heyəti Zəfər parkında olub

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

“Hörməti sədr, cənab Prezidentin və sizin son səfərləriniz, aparılan danışıqlar, verilən bəyanatlar əldə olunan nəticələr xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Amma təəssüf ki, hökumətin müəyyən iastiqamətlərdə atdığı addımlar təqdir olunsa da bu sözləri bütövlükdə hökumətin fəaliyyətinə aid etmək olmaz”.

Elchi.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili “ Qarabağda görülən bərpa işləri, Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun zəlzələ zamanı qardaş Türkiyə Respublikasına verdiyi dəstək, bizim xilasedicilərin göstərdiyi fədakarlıq, xarici agenturaya qarşı aparılan mübarizənin gücləndirilməsi, əlbəttə təqdir olunmalıdır”,- deyə əlavə edib:

“Amma hökumətin hesabatı ilə hətta səthi tanışlıq belə göstərir ki, həqiqətən də hökumət iqtisadi islahatları dərinləşdirmək istiqamətində ciddi addımlar atmır. Məsələn, iqtisadiyyatın dövlət sektorunda çalışanların sayı 903300 nəfər, qeyri dövlət sektorunda isə bu rəqəm 830600 nəfərdir. Yəni daha çox muzdlu çalışanlar dövlət sektorundadır. Amma dövlət sektorunda çalışanlar özəl sektorda çalışanlarla müqayisədə xeyli az əməkhaqqı alırlar. Onu da nəzərə alsaq ki, dövlətin, yəni neft-qaz sektorunda çalışanların orta aylıq əməkhaqqı 3415 manat göstərilir. Yəni bunun hesabına dövlət sektorunda çalışanlar 794 manat maaş alırlar. Onu da nəzərə alaq ki, inflyasiya 13,9 faizdir. Biz bu rəqəmləri hər dəfə səsləndiririk. Belədirsə, niyə hökumət özəlləşdirmə aparmır ki, insanlar özəl sektorda çalışsınlar və daha yüksək maaş alsınlar, həyat şəraitləri daha da yaxşılaşsın. Hökumətin hesabatında o da öz əksini tapmır ki, məhz iqtisadiyyatın əsas sahələri dövlətə məxsus olsa da dövlət müəssisələri nə qədər vergi ödəyirlər? Yəni bu rəqəmlər həmin dövlət müəssisələrinin nə qədər səmərəli fəaliyyət göstərməsini nümayiş etdirər. 2022-ci ildə xarici ticarət dövriyyəsi 40,2 milyard manat olub. Neft-qaz sektoru üzrə hörmətli Baş nazir Əli müəllim də dedi ki, 27 milyardlıq profisit olub. Amma Əli müəllim qeyd eləmədi ki, neft-qaz sektoru üzrə 5,8 milyard manatlıq kəsir olub. İqtisadiyyatmız bu gün də neftdən asılıdır. İxracatımızın da təqribən 92,6 faizi neft və neft məhsullarıdır”. Millət vəkili əlavə edib ki, iqtisadiyyatın tənzimlənməsinin elmi əsasları olmalıdır: “Biz, görürük ki, su qıtlığı var. Amma buna baxmayaraq 2022-ci ildə bitkiçilik məhsulları üzrə 3,3 faiz artım olub. Bu çiləmə və damcı üsulu ilə kənd təsərrüfatında suvarmanın təşkil olunması ilə əlaqəli deyil. Otlaq sahələri şumlanıb, əslində heyvandarlığa ciddi zərbə vurulub, aqroparklar yaradılıb. Amma biz bilirik ki, rayonlarda insanların çoxu məhz kənd təsərrüfatı hesabına yaşayırlar. Ona görə də su ilk növbədə o insanlara verilməlidir ki, onlar aclıqla üz-üzə qalmasınlar. Biz onu da bilirik ki, insanlarımızın sosial vəziyyəti ağırdır. Ötən il xaricdən təqribən 2,6 milyard manat pul köçürülüb. Və bu birbaşa ölkədə sosial gərginliyin aradan qaldırılmasına yönəlir, xüsusilə də ərzaq məhsullarının alınmasında. 2022-ci ildə qeyri-neft sektorunda 9,1 faiz artım olub ki, hökumət bunu xüsusilə qeyd edir. Amma bu nəyin hesabına olub? Nəqliyyat, turizm, anbar təsərrüfatı, ictimai iaşə və tikinti hesabına. Yəni sənayenin inkişafı, istehsal və emal müəssisələrinin yaradılması hesabına yox. Hökumətdən soruşuram ki, niyə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmur? Bütün qonşularımız bu təşkilatın üzvüdür, yənu bu məsələ hər dəfə uzadılır. 2022-ci ildə bütün maliyyə mənbələrindən əsaslı kapitala 18,3 milyard manat qoyulub, dövlət əsaslı vəsait qoyuluşu da 3,2 milyard manat olub. Bu ölkəmiz üçün çox kiçik bir rəqəmdir. Xarici banklar Azərbaycana buraxılmalıdırlar ki, Azərbaycanda sahibkarların aşağı fazilə kreditlərə çıxışı olsun. İnvestisiya qoyuluşunu artırmaq üçün həm də mülkiyyətə təminat verən güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Əslində bu gün Azərbaycanda bazar iqtisadiyyatının elementləri olan dövlətin idarə və nəzarət etdiyi iqtisadiyyat mövcuddur. Amma biz bazar iqtisadiyyatına keçməliyik”.

Millət vəkili bildirib ki, büdcədə adam başına düşən ÜDM 7,8 min dollardır: “Avropa İttifaqında orta rəqəm 38 min avrodur. Yəni 2022-ci ildə ümumdaxili məhsul real ifadədə 4,6 faiz artıb.

Hörmətli hökumət üzvləri!

Bu inkişaf sürəti ilə qarşıdakı illərdə hətta Avropa ölkələrində iqtisadi artım olmasa belə, orta Avropa səviyyəsinə çatmaq üçün bizə neçə onillər lazımdır? Yəni dövlət müəssisələri özəlləşdirilmədən, inhisarçılığa son qoyulmadan, iqtisadiyyatın sürətli inkişafını necə təmin edə bilərik? Konstitusiyanın 15-ci maddəsində qeyd olunur ki, dövlət iqtisadi münasibətlərdə inhisarçılğa və haqsız rəqabətə yol vermir. Amma görün nə qədər inhisarçı dövlət şirkəti var. Konstitusiyanın 59-cu maddəsində qeyd olunur ki, dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Amma iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir. Hökumət hələ də müəssisələrin səhmlərinin satıldığı normal bir birja yarada bilməyib ki, insanlar həmin səhmləri almaqla pul qazansın, artıq pullar evlərdə saxlanmasın. Hökuməti növbəti dəfə daha ciddi islahatlara çağırıram. Neftin qiyməti düşsə 2104-cü ildə olduğu kimi Azərbaycanı yeni devalvsiya və iqtisadi tənəzzül gözləyir. Bunun qarşısını almaq üçün mütləq ciddi islahatlar və özəlləşdirmə aparılmalı, Azərbaycanda real bazar iqtisadiyyatı yaradılmalıdır”.

Previous Post

“Hökuməti növbəti dəfə daha ciddi islahatlara çağırıram”

Next Post

MDB bizə inkişaf gətirmədi – Sandu

Bənzər yazılar

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili və xarici siyasətin milli maraqlara...

DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37

Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Zəfər parkında olub. Elchi.az xəbər verir ki, DİN əməkdaşları 44 günlük Vətən müharibəsində ölkənin...

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. Elchi.az...

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

26 Sentyabr 2026 - 10:13

İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir. Elchi.az xəbər verir ki, bu fikriləri Prezident İlham...

Next Post
MDB bizə inkişaf gətirmədi – Sandu

MDB bizə inkişaf gətirmədi - Sandu

MDB bizə inkişaf gətirmədi – Sandu

MDB bizə inkişaf gətirmədi - Sandu

Son xəbərlər

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

26 Sentyabr 2026 - 16:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.