Hazırda Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ üzərində tam nəzarətinin texniki məsələləri üzərində danışıqlar aparır.
Elchi.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.
“Ermənistan hakimiyyəti Qarabağ üzərində Azərbaycanın tam nəzarəti ilə artıq razılaşıb. Hazırda texniki tərəflər müzakirə olunur: Azərbaycanın tam nəzarəti neçə müddətə tamamlanacaq, yerli ermənilərin hansı hüquqları olacaq, onlara erməni məktəbləri açmağa icazə veriləcəkmi, bu məktəbə kim rəhbərlik edəcək – erməni, yoxsa azərbaycanlı…
Danışıqların digər mövzusu Türkiyə və Azərbaycanın Ermənistanla münasibətləri necə quracağı məsələsidir. Ermənistan hakimiyyətinin fikrincə, bu münasibətlər mehriban qonşuluq olmalıdır”, – o bildirib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım...





















Son şərhlər