Rusiya Prezidenti Vladimir Putin və Ukraynada hərbi cinayətləri törədən digər şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Elchi.az xəbər verir ki, bunu Finlandiya Baş naziri Sanna Marin deyib.
“Rusiya bu müharibəni uduzur. Bu, legitim müharibə deyil. Bunun üçün məsuliyyət yalnız Rusiyanın üzərinə düşür. Rusiya Ukraynada hər gün dinc əhalini qətlə yetirir. İnsanlara təcavüz olunur. Uşaqlar kütləvi şəkildə Rusiyaya deportasiya edilir. Bütün bu əməllərə görə günahkarlar da cəzalandırılmalıdır. Rusiya rəhbərliyi, Putin də bundan yaxa qurtara bilməyəcək. Finlandiya bu dəhşətli cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi üçün bütün səyləri dəstəkləyir”, – baş nazir bildirib.
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər
Çərşənbə günü Avropa İttifaqı (Aİ) ölkələrinin səfirlərinin Rusiyanın (RF) hərbi-sənaye kompleksinə qarşı yönəldiləcək sanksiyaların 22-ci paketinin lehinə səs verəcəyi gözlənilir....





















Son şərhlər