Avropada qazın qiyməti 2021-ci ildən bəri ilk dəfə hərracda 5%-dən çox ucuzlaşaraq min kubmetr üçün 550 dollardan aşağı düşüb.
Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, TTF indeksi (Niderlandda yerləşən Avropanın ən böyük mərkəzi-red.) üzrə mart fyuçersləri min kubmetr üçün 566,3 dollar (-1,6%) səviyyəsində olub.
Qeyd edək ki, birja qiymətləri 2022-ci ilin sonundan bəri davamlı eniş nümayiş etdirir. Ekspertlər bildirirlər ki, Avropa birjasında qazın qiyməti havaların isti keçməsi və güclü külək (külək stansiyaları elektrik enerjisi istehsalını artırıb – red.), eləcə də AB-nin yeraltı qaz anbarlarında kifayət qədər qaz ehtiyatı səbəbindən ucuzlaşır.
Sabahdan 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək
Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron köçürmələrlə bağlı yeni qayda qüvvəyə minir. Elchi.az xəbər verir...





















Son şərhlər