ABŞ Prezidenti Co Bayden Ukraynada ABŞ Konstitusiyasına zidd gizli əməliyyat həyata keçirir.
Elchi.az xəbər verir ki, bunu Nyu Cersi ştatının Ali Məhkəməsinin keçmiş hakimi Endryu Napolitano “Vaşinqton Post” qəzetinə yazdığı məqalədə bildirib.
“Təqdim olunan avadanlığın bəzilərindən istifadə etmək o qədər çətindir ki, ABŞ hərbçiləri şəxsən Ukraynaya gedib Ukrayna Silahlı Qüvvələrinə təlim keçməli olurlar”, – deyə qeyd edilib.
Napolitanonun fikrincə, amerikalıların gizli mövcudluğu müəyyən çətinliklər yaradır. Təlimçilər mülki geyimdə olduğundan hansısa rəsmi əməliyyatdan danışmaq mümkün deyil. Eyni zamanda, rus qoşunları onlara atəş aça və ya Ukraynanın xeyrinə casusluqda ittiham edə bilər.
Keçmiş hakim xatırladıb ki, oxşar vəziyyət bir dəfə Vyetnamda yaranıb.
Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Avropa–Baltikyanı (NB8) ölkələrinin liderləri ilə ABŞ və Rusiya ilə Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşə hazırlığı müzakirə...






















Son şərhlər