Türkiyə lazım gələrsə Avropaya qaz nəql edə bilər.
Elchi.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz “Əl Cəzirə” telekanalına açıqlamasında deyib.
“Əgər tərəflər razılaşarsa, enerji böhranının aradan qaldırılmasında başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, konstruktiv rol oynaya bilərik. Beş LNG (mayeləşdirilmiş təbii qaz) terminallarımızdan bəziləri xüsusilə buna hazırdır. Əsasən də yay aylarında. Əgər tələb olunarsa, bu terminallardan istifadə etməklə Avropa ölkələrinə qaz çatdıra bilərik”, – nazir bildirib.
10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb
2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri...






















Son şərhlər