Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Bayram Qurbanovun oğlu Vahid Qurbanlı dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.
Onkoloji xəstəlikdən əziyyət çəkən azyaşlı il yarımdır müalicə olunsa da, İstanbulda yerləşən xəstəxanada vəfat edib:
“Vahidin müalicəsi üçün Bayram, yaxınları, komandanlıq, vətəndaşlar, o cümlədən ölkə hüdudlarından kənarda yaşayanlar və çox sayda tanımadığımız dostlar əllərindən gələn köməyi etdilər. Amma Allah Vahidi bizdən aldı.
Bayram qardaşımıza bu ağır günündə uca tanrıdan səbr diləyirəm, Allah Vahidə rəhmət eləsin!”
Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2026 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Elchi.az-ın xəbərinə görə,...





















Son şərhlər