Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri, Fərid Əhmədov və Həsən Layıcov şəhər ərazisində saxlanılaraq, polis şöbəsinə gətiriliblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, onların üzərində şəxsi axtarış keçirilən narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, F. Əhmədovun şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı oradan gizlədilmiş 1 ədəd “Naqan” tipli tapança və həmin tapançaya aid 6 ədəd patron aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Elchi.az-a Daxili...




















Son şərhlər