Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin edilib.
Elchi.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Əhliman Mehman oğlu Xıdırovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Məhərrəm oğlu Abdulovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Baba oğlu Babayevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmməd oğlu Məmmədovun və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfər oğlu Cəfərovun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi təklif edilib.
Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Astaranın Ərçivan qəsəbəsində yol qəzası baş verib. Elchi.az -ın məlumatına görə, VAZ-2107 markalı avtomobilin yoldan çıxaraq qaz xəttinə çırpılması nəticəsində...





















Son şərhlər