"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ermənistanın Azərbaycan əleyhinə təklifi AŞPA Hüquq Komitəsində qəbul olunmayıb

12 Dekabr 2022 - 23:58
in SİYASƏT
FacebookVatsap

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Komitəsinin iclasında Ermənistan parlamentinin deputatı Vladimir Vardanyan Azərbaycanın ünvanına əsassız ittihamlar irəli sürüb. Vladimir Vardanyan Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyasının guya rəsmi Bakının Laçın koridorunu bağlamaqla Xankəndindəki ermənilərin Ermənistanla əlaqəsi kəsmək, erməniləri o ərazilərdən çıxarmaq məqsədinə xidmət etdiyini söyləyib. Hətta bir az da irəli gedərək heç bir arqument gətirməsə də, Azərbaycanı dırnaqarası “soyqırım” təhlükəsi yaratmaqda günahlandırmağa, Ukraynadakı proseslərlə paralellər aparmağa cəhd göstərib.

Bunu da oxuyun

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

Elchi.az-ın xəbərinə görə, iclasda iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov isə çıxışında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya və Gömrük İttifaqlarının üzvü olan Ermənistanın nümayəndəsinin Ukrayna ilə paralellər aparmaq cəhdini ikiüzlülük adlandırıb.

Kamal Cəfərov nəzərə çatdırıb ki, Azərbaycanın aidiyyati qurumları “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə, o cümlədən ətraf mühitə dəyən zərərin monitorinqin həyata keçirilməsi ilə bağlı həmin ərazidə müvəqqəti fəaliyyət göstərən rus sülhməramlılara bildiriş verib. Daha sonra monitorinq günü həmin ərazidə rus cinayətkar-oliqarx Ruben Vardanyan bir qrup erməni ilə təxribat törədib və monitorinqə mane olub. Rus sülhməramlıları isə bu təxribatın qarşısını ala bilməyib və ya almaq istəməyib. İndi isə Azərbaycan vətəndaşları, QHT nümayəndələri toplaşmaq azadlığından istifadə edərək Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu görüşə çağırırlar. Kamal Cəfərov qeyd edib ki, nə qədər ki, Volkov görüşə gəlməyəcək, koridor bağlı qalacaq. Ona görə də koridorun bağlı qalma səbəbi elə Volkovun özüdür.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Erkin Qədirli isə çıxışında bildirib ki, Laçın koridoru yeganə yol deyil, ondan daha geniş və sürətli yeni tikilmiş magistral yol var. Erkin Qədirli nəzərə çatdırıb ki, bu yolu Azərbaycan tərəfi tikib, ancaq ermənilər həmin yoldan istifadə etməkdən imtina edirlər. Qeyd edilib ki, həmin əraziyə rus sülhməramlıları nəzarət edir və hazırda nə təxribat baş verirsə, rus sülhməramlıların məsuliyyətidir. Erkin Qədirli Rusiya sülhməramlılarının Azərbaycanın razılığını almadan həmin ərazilərə hər kəsin keçməsinə şərait yaratdıqlarını söyləyib. Buna misal olaraq Fransada prezident seçkilərində namizəd olmuş Paris şəhərinin merinin Azərbaycanın icazəsi olmadan Azərbaycan ərazisinə buraxıldığını xatırladıb. Erkin Qədirli qeyd edib ki, ermənilərin strategiyası Azərbaycanla barışmaq və rus qoşunlarını Ermənistan ərazisindən, rus sülhməramlılarını isə Qarabağdan çıxarmaq olmalıdır. Çünki sülhməramlılar Qarabağdan məcburi köçkün edilmiş azərbaycanlıların geri qayıtmasına, iki icma arasında ünsiyyətin qurulmasına şərait yaratmırlar. Bütün bunları nəzərə alaraq, Erkin Qədirli Ermənistan deputatının Azərbaycana qarşı son iddialarının tamamilə əsassız olduğunu vurğulayıb.

Qeyd edək ki, Vladimir Vardanyan AŞPA Hüquq Komitəsində son hadisələrlə bağlı qətnamə layihəsinin hazırlanmasını xahiş edib. Lakin prosedur qaydalarına zidd olduğu üçün bu xahiş rədd edilib. Vladimir Vardanyanın daha sonra AŞPA Hüquq Komitəsinin sədrinin qərəzli bəyanat verməsi yönündə təklifi də qəbul olunmayıb.

Previous Post

“Caliber”: Rusiya sülhməramlıları öz üzərilərinə həddən artıq “yük” götürmürlər ki? – VİDEO

Next Post

BMT Baş katibinin müavini Ukraynada səfərdədir

Bənzər yazılar

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:09

Bakı–Tbilisi–Bakı qatarında qatarların sayı artmaqla yanaşı qiymətlər də aşağı düşdü. Bu yaxşı xəbərdir, amma Gürcüstana gedərkən səyahət sığortasını unutmayaq. Ölkəyə...

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

02 Oktyabr 2026 - 16:41

Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları...

YAP-ın VIII Qurultayı başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

02 Oktyabr 2026 - 16:24

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı öz işini başa vurub. Elchi.az xəbər verir ki, Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib....

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
BMT Baş katibinin müavini Ukraynada səfərdədir

BMT Baş katibinin müavini Ukraynada səfərdədir

BMT Baş katibinin müavini Ukraynada səfərdədir

BMT Baş katibinin müavini Ukraynada səfərdədir

Son xəbərlər

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.