Yeni il qabağı Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.
Elchi.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında deyib.
“Bugünkü işimizin hüdudlarından kənarda xatırlatmaq istərdim ki, biz sizi MDB dövlət başçılarının Sankt-Peterburqda razılaşdırılmış Yeni il ərəfəsində qeyri-rəsmi görüşündə gözləyirik”, – Putin bildirib.
Qeyd edək ki, Rusiya Prezidentinin ilin sonunda topladığı qeyri-rəsmi MDB sammitləri artıq ənənə halını alıb.
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Almaniyanın Maqdeburq şəhərinin şimal-şərqində A2 avtomagistralına yüngül mühərrikli təyyarə çırpılıb, 2 nəfər ölüb. Elchi.az "Bild"ə istinadən xəbər verir ki, aviaqəza...





















Son şərhlər