Dehqolan şəhərində etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilən 22 yaşlı gənc Şadman Əhmədinin həbs olunduqdan bir saat sonra şəhərin polis idarəsində öldürüldüyü xəbəri yayılıb.
Elchi.az xəbər verir ki, Kürdüstan İnsan Haqları Şəbəkəsinin məlumatına görə, Şadman Əhmədi dekabrın 8-də polis bölməsində işgəncələr nəticəsində ölüb.
SEPAH-a yaxın Teleqram kanalı isə öldürülən gənci “iğtişaşçı” adlandırıb və onun son etirazlarda “ictimai əmlakı dağıdıb, təhdid və təxribat yaratdığını” və “bu səbəbdən də həbs edildiyini” iddia edib.
İnsan haqları şəbəkəsinin məlumatında həmçinin, etirazlar başlayandan İran rejiminin hərbi və təhlükəsizlik qüvvələri tərəfindən öldürülənlərin içərisində ən azı 115 kürd əsilli vətəndaşın olduğu bildirilib.
iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi
Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...





















Son şərhlər