Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə operativ görüş keçirəcək.
Elchi.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Günortadan sonra Prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirməyi planlaşdırır”, – Peskov bildirib.
O qeyd edib ki, dövlət başçısının daha bir beynəlxalq telefon danışığı aparacağı gözlənilir.
Xatırladaq ki, Putin dekabrın 2-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışıb. Onlar dekabrda ikitərəfli görüş barədə razılığa gəliblər.
Banklar və enerji sektoru hədəfdə: Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi
Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibəyə cavab olaraq Rusiyaya qarşı 22-ci sanksiyalar paketini elan edib. Təxminən 60 Rusiya bankının beynəlxalq ödəniş...


















Son şərhlər