İranda daha 7 azərbaycanlı fəal – Vahid Əliqulupur, Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi həbs olunublar.
Elchi.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəallara istinadən məlumat yayıb.
Məlumata görə, Tehranda saxlanılan Vahid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhər həbsxanasına köçürülüb.
Fəalların həbs səbəbləri barədə dəqiq məlumat olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlanıldığı güman edilir.
Nikol Paşinyan: “Tramp marşrutu” Azərbaycandan başlayıb Azərbaycanda bitəcək
“Tramp marşrutu”nun iki giriş və iki çıxışının Azərbaycanda olmamasından başqa variant yoxdur. “Tramp marşrutu” Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitir,...





















Son şərhlər