Rusiya Prezidenti Vladimir Putin nüvə zərbəsi endirə və ya hansısa AES-i partlada bilməz.
Elchi.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Onun sözlərinə görə, Rusiya AES-lərin reaktorlarının partladılmasına getməyəcək, çünki bu plan 1-2 günə həyata keçirilə bilməz.
“Bu reaktorun partlaya bilməsi üçün onu kritik vəziyyətə gətirmək lazımdır. Bu zaman da bütün Qərb kəşfiyyat orqanları bundan xəbər tutacaq. Qərb də oturub Rusiyanın bu teraktı hazırlayacağını müşahidə etməyəcək. Onlar Putinin harada olduğunu, nə vaxt və hansı bunkerdə olduğunu bilirlər”, – Jdanov bildirib.
Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq
Cənubi Koreya 2027-ci ilədək süni intellekt və yarımkeçiricilər sahələrinə ayırdığı vəsaiti ikiqat artıraraq rekord həddə – 16 milyard dollara çatdırmağı...





















Son şərhlər