Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 34 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 3 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 923 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 421 nəfər müalicə olunaraq sağalıb, hazırda 230 aktiv xəstə var. Bu günə qədər 9 972 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 084, bu günə qədər isə ümumilikdə 7 355 336 test icra olunub.
Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub
Yeraltı piyada keçidi bir neçə metr yaxınlığında idi, lakin onun yalnış seçim etməsi faciə ilə nəticələnib. Daxili İşlər Nazirliyi Nəqliyyatı...





















Son şərhlər