İsraildə Azərbaycan səfirliyinin açılması qərarı iki dövlət arasında münasibətlərin dərinləşdiyini göstərir.
Elchi.az xəbər verir ki, bunu İsrail müdafiə naziri Benni Qantz Tvitter hesabında bildirib.
Onun sözlərinə görə, bu addım bütün regionun sabitliyi və rifahı naminə əlaqələrin davam etdirilməsinin zəruriliyini nümayiş etdirir.
O, Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıb.
B.Qant həmçinin ötən ay Azərbaycanda səfərdə olduğunu xatırladıb və Azərbaycanın Prezidenti İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşdüyünü vurğulayıb.
O, görüşlər çərçivəsində bir sıra siyasi və təhlükəsizlik məsələlərinin müzakirə edildiyini bildirib.
Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır
Ölkəmizin və can Azərbaycanımızın müstəqilliyi, millətimizin birliyi və dövlətlərimizin gələcəyi naminə şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər bu gün birlikdə...





















Son şərhlər