"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İlham Əliyev Mişustinlə geniş tərkibdə görüşdü

18 Noyabr 2022 - 13:01
in SİYASƏT
FacebookVatsap

10:28

Bunu da oxuyun

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub.

Elchi.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Mixail Mişustin rəsmi foto çəkdirdilər.

Görüş iştirakçılarını salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:

– Hörmətli Mixail Vladimiroviç, hörmətli qonaqlar. Sizi Azərbaycanda salamlamağa çox şadam. Biz sizinlə bu ilin əvvəlində görüşdük və sizin səfəriniz barədə razılığa gəldik. Çox şadam ki, Azərbaycana səfər etməyə vaxt tapmısınız. Bilirəm ki, dünən bizim Baş nazirlə görüşünüz olub. Bildiyimə görə, qarşılıqlı fəaliyyətimizə dair mühüm məsələlərin çox geniş spektrini müzakirə etmisiniz.

Bu ilin əvvəlindən Prezident Vladimir Vladimiroviç Putin ilə biz münasibətlərimizə yaxşı ton, yeni dinamika verdik və il ərzində dəfələrlə görüşdük. Dünən də ikitərəfli gündəliyə aid mühüm məsələlər barədə telefonla danışmaq imkanımız olub. Beləliklə, necə deyərlər, prezidentlər münasibətlərimizin bütün spektrini müəyyən edir. Əlbəttə, bütün müvafiq strukturlar da bu istiqamətdə fəaliyyət göstərir. Biz çox şadıq ki, qarşılıqlı ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatır və əminəm ki, bu dinamizm qorunub saxlanacaq. Ona görə ki, bu gün, o cümlədən sizin səfəriniz çərçivəsində müzakirələr qarşılıqlı ticarət potensialını artırmağa şərait yaradacaq.

Biz yükdaşımaların həcmində də yaxşı dinamika görürük. Tranzit yüklərə gəldikdə isə, mənim fikrimcə, burada rekord göstəricilərə nail oluruq. Təqribən 50-60 faiz artım var və artım perspektivi böyükdür. Həmçinin tranzit-logistika infrastrukturu məsələsində, ilk növbədə, ikitərəfli əsasda və əlbəttə, qonşu ölkələr də cəlb edilməklə qarşılıqlı əməkdaşlıq potensialını artıracağıq. Ona görə ki, Rusiya və Azərbaycan uzun illər boyu ölkələrimizdə nəqliyyat-logistika infrastrukturuna fəal surətdə sərmayə qoyublar. Nəqliyyat dəhlizlərinin, ilk növbədə, Şimal-Cənub dəhlizinin potensialının artırılması bu layihədə iştirak edən bütün ölkələrin maraqlarına uyğun olacaq, o cümlədən biznes üçün əlavə perspektivlər açacaq.

Sizin səfəriniz ərəfəsində mən bəzi statistik məlumatlara baxmışam. Sevindim ki, aviareyslərin sayı sürətlə artır. Həftədə 130-dan çox reys var, yəni, biz praktiki olaraq ən yüksək göstəriciyə nail olmuşuq və Rusiyadan turist axını da artır. Bu il təqribən 80 faiz artım olub. Əlbəttə, pandemiya ilə əlaqədar bu göstərici azalmışdı. Biz hələ pandemiyadan əvvəlki səviyyəyə çatmamışıq, lakin fikrimcə, çatacağıq. Ölkələrimiz arasında sıx dostluq əlaqələrini, bu il Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamə imzalanmasını və il ərzində münasibətlərimizin müttəfiqlik xarakterini dəfələrlə nümayiş etdirməyimizi, iqtisadi-ticari əməkdaşlığın gündəliyini xeyli genişləndirmək niyyətində olmağımızı nəzərə alaraq, düşünürəm ki, reyslərin sayı da artacaq. Bilirəm ki, dünən regionlararası forum uğurla keçib. Bu da bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin mühüm elementidir. Biz Rusiya Federasiyasının təqribən 80 subyekti ilə sıx əlaqə saxlayırıq. Əlbəttə, bu tədbir çərçivəsində əvvəlki illərdə də və əminəm ki, dünən də yeni vəzifələr müəyyən edilib. Ona görə də gündəlik yetərincə genişdir. Biz 7 yol xəritəsi üzrə fəal iş aparırıq. Əminəm ki, ilin sonuna bu cür yaxşı göstəricilərlə yaxınlaşaraq növbəti ilə də belə dinamizm verəcəyik. Bir daha xoş gəlmisiniz.

Rusiya Hökumətinin sədri Mixail Muşustin deyib:

– Sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, Azərbaycana səfərə dəvətinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm və Hökumətin sədri qismində buraya böyük hörmətlə səfər edirəm. Bizim nümayəndə heyətini çox səmimi qəbul etdiyinizə görə də Sizə, Əli Hidayət oğlunun bütün komandasına təşəkkürümü bildirmək istəyirəm. Biz böyük nümayəndə heyəti ilə gəlmişik. Azərbaycan ilə qarşılıqlı fəaliyyətdə olan əsas regionlarımızın dörd rəhbəri gəlib. Fürsətdən istifadə edib Sizi dövlət bayramınız – Azərbaycanda dünən qeyd edilən Milli Dirçəliş Günü münasibətilə təbrik etmək, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin ən xoş, ən səmimi arzularını çatdırmaq istəyirəm. Siz dediniz ki, dünən axşam onunla danışmısınız.

Biz hökumət xətti ilə məhz Sizin – prezidentlərimizin qəbul etdiyi qərarların yerinə yetirilməsi üçün çox fəal iş aparırıq. Dünən Əli Hidayət oğlu Əsədov ilə biz 11-ci regionlararası forumda iştirak etdik. Forumda qarşılıqlı münasibətlərin gündəliyindəki məsələlərin hamısına toxunuldu. İlk növbədə, energetika, sənaye, nəqliyyat, mədəni-humanitar sahələrə diqqət yetirildi. Danışıqların yekunlarına əsasən, ən müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzalandı. Nəqliyyat sahəsi çox mühüm, xüsusi sahədir. Əminik ki, birgə infrastruktur-logistika layihələri bütün əməkdaşlıq kompleksinin genişləndirilməsi üçün yeni drayver olacaq. Burada Qərb marşrutunu – Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini ayrıca qeyd etmək istərdim. Biz 2030-cu ilə qədər bu dəhlizlə daşımaların həcmini artıraraq ildə 15 milyon tona çatdırmaq niyyətindəyik.

Mədəni-humanitar əlaqələrə ənənəvi olaraq xüsusi əhəmiyyət veririk. Siz dediyiniz kimi, diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu mühüm hadisəyə həsr edilmiş təntənəli silsilə tədbirlər keçirilib. Gələn il isə biz görkəmli sovet və Azərbaycan dövlət xadimi, Sizin atanız Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik.

Biz dünən də qeyd etdik ki, Bakıda bizim institutların – Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Rusiyada da Azərbaycandan olan on bir mindən çox tələbə təhsil alır. İnsanlar arasında birbaşa əlaqələrin bu cür inkişafı, zəngin tarix, mədəniyyət və ənənələrlə tanışlıq bizim qarşılıqlı münasibətlərimizi möhkəmləndirəcək.

Dövlətimizin başçısı Rusiya Prezidentinin xoş arzularına görə minnətdarlığını bildirib, onun da xoş arzularını Vladimir Putinə çatdırmağı xahiş edib.

Previous Post

İlham Əliyev Mişustinlə geniş tərkibdə görüşdü

Next Post

Şənbə günü hava necə olacaq?

Bənzər yazılar

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. "Türkiyə Respublikası...

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

13 Noyabr 2026 - 22:32

Prezident İlham Əliyevin İrlandiyanın Baş naziri Maykl Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin...

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

13 Noyabr 2026 - 18:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. Elchi.az xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham...

Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək

Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək

13 Noyabr 2026 - 17:28

Milli Məclisin növbəti iclasının tarixləri və gündəliyi açıqlanıb. Elchi.az xəbər verir ki, noyabrın 16, 17 və 18-də keçiriləcək plenar iclasın...

Next Post
Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq – Xəbərdarlıq

Şənbə günü hava necə olacaq?

Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq – Xəbərdarlıq

Şənbə günü hava necə olacaq?

Son xəbərlər

Peru sahillərində zəlzələ baş verib

Peru sahillərində zəlzələ baş verib

13 Noyabr 2026 - 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

13 Noyabr 2026 - 22:32
Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

13 Noyabr 2026 - 21:31
“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

13 Noyabr 2026 - 21:27
Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

13 Noyabr 2026 - 20:12
Moskvada avtomobil partlayıb, Nikolay Azarovun keçmiş mətbuat katibi ağır yaralanıb

Moskvada avtomobil partlayıb, Nikolay Azarovun keçmiş mətbuat katibi ağır yaralanıb

13 Noyabr 2026 - 20:11
“Microsoft” xidmətlərindəki genişmiqyaslı nasazlıq rəqəmsal platformalardan asılılıq məsələsini gündəmə gətirib

“Microsoft” xidmətlərindəki genişmiqyaslı nasazlıq rəqəmsal platformalardan asılılıq məsələsini gündəmə gətirib

13 Noyabr 2026 - 20:07
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

13 Noyabr 2026 - 20:05
AQTA: Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı

AQTA: Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı

13 Noyabr 2026 - 19:15
Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası tətbiq olunur

Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası tətbiq olunur

13 Noyabr 2026 - 19:02
NATO xarici işlər nazirlərinin görüşü dekabrın 2-də Brüsseldə keçiriləcək

NATO xarici işlər nazirlərinin görüşü dekabrın 2-də Brüsseldə keçiriləcək

13 Noyabr 2026 - 18:54
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir

13 Noyabr 2026 - 18:47
Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib

Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib

13 Noyabr 2026 - 18:38
Microsoft-dakı nasazlıq Britaniyada dövlət qurumlarının işini iflic edib

Microsoft-dakı nasazlıq Britaniyada dövlət qurumlarının işini iflic edib

13 Noyabr 2026 - 18:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.