"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Rəsmi Bakıdan Fransa Senatının qətnaməsinə sərt reaksiya

16 Noyabr 2022 - 09:17
in SİYASƏT
FacebookVatsap

15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.

Bunu da oxuyun

Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb

Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb – YENİLƏNİB

Elchi.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair şərhində bildirilib.

“Senat tərəfindən qəbul edilən və hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə, sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir.

Ümumiyyətlə, qətnamədə qeyd edilən və reallıqlardan uzaq iddialar onun müəlliflərinin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmasını göstərir.

Təəssüflə vurğulayırıq ki, Fransa parlamentinin yuxarı palatasının qətnaməsində növbəti dəfə Azərbaycanın ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, habelə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın sülh quruculuğu, bərpa və yenidənqurma işləri ilə bağlı faktlar göz ardına alınır.

Qətnamədə “Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunduğu “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır.

Fransa Senatı tərəfindən qəbul edilmiş bu növbəti qətnaməni qətiyyətlə rədd edirik”, – xarici siyasət idarəsinin şərhində qeyd olunub.

Previous Post

Rəsmi Bakıdan Fransa Senatının qətnaməsinə sərt reaksiya

Next Post

Ərdoğan Olaf Şoltsla görüşdü

Bənzər yazılar

Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

27 Noyabr 2026 - 19:05

27 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad...

Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb

Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb

27 Noyabr 2026 - 17:04

Noyabrın 26–27-də Ermənistanın Dilican şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən “Sülh körpüsü” təşəbbüsünün beşinci ikitərəfli dəyirmi...

Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb – YENİLƏNİB

27 Noyabr 2026 - 16:50

Milli Məclisin 1 və 2 dekabr tarixli iclaslarının gündəliyi açıqlanıb. Elchi.az xəbər verir ki, gündəliyə aşağıdakı 8 məsələ daxil edilib:...

Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib

Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib

27 Noyabr 2026 - 16:32

Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib. Elchi.az xəbər verir ki, qanuna əsasən, 2026-cı il sentyabrın...

Next Post
Ərdoğan Olaf Şoltsla görüşdü

Ərdoğan Olaf Şoltsla görüşdü

Ərdoğan Olaf Şoltsla görüşdü

Ərdoğan Olaf Şoltsla görüşdü

Son xəbərlər

İran səfiri Küveyt XİN-ə çağırılıb

İran səfiri Küveyt XİN-ə çağırılıb

27 Noyabr 2026 - 20:10
Astarada iki avtomobil toqquşub, xəsarət alan var

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

27 Noyabr 2026 - 20:04
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

27 Noyabr 2026 - 19:56
Sabah bu rayonda 3 saat işıq olmayacaq

Sabah bu rayonda 3 saat işıq olmayacaq

27 Noyabr 2026 - 19:27
Azərbaycanda bu müəssisə özəlləşdirildi

Azərbaycanda bu müəssisə özəlləşdirildi

27 Noyabr 2026 - 19:20
Belarusda “Faceit” kiberidman platforması bloklanıb

Belarusda “Faceit” kiberidman platforması bloklanıb

27 Noyabr 2026 - 19:13
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

27 Noyabr 2026 - 19:05
Geyim nəhəngləri etirazlara görə sifarişlərin 10%-ni Banqladeşdən köçürüb

Geyim nəhəngləri etirazlara görə sifarişlərin 10%-ni Banqladeşdən köçürüb

27 Noyabr 2026 - 18:56
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub

Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub

27 Noyabr 2026 - 18:43
Avropanın beş ölkəsi 400-dən çox “CV90” piyada döyüş maşını alır

Avropanın beş ölkəsi 400-dən çox “CV90” piyada döyüş maşını alır

27 Noyabr 2026 - 18:25
Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq işi üzrə həbsdə qalacaq

Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq işi üzrə həbsdə qalacaq

27 Noyabr 2026 - 18:09
Azərbaycan və BMT sahibkarlıq və insan kapitalının inkişafını müzakirə etdi

Azərbaycan və BMT sahibkarlıq və insan kapitalının inkişafını müzakirə etdi

27 Noyabr 2026 - 17:59
İraq Türkiyə ilə birləşdirən köhnə neft kəmərinin bərpasına başlayıb

İraq Türkiyə ilə birləşdirən köhnə neft kəmərinin bərpasına başlayıb

27 Noyabr 2026 - 17:48
“Traktor”un qadın futbol klubu qalib gəldi

“Traktor”un qadın futbol klubu qalib gəldi

27 Noyabr 2026 - 17:42
FHN-in Aran Regional Mərkəzi müşavirə keçirdi – FOTO

FHN-in Aran Regional Mərkəzi müşavirə keçirdi – FOTO

27 Noyabr 2026 - 17:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.