Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib.
Elchi.az xəbər verir ki, Ceyhun Bayramov bununla bağlı Tvitter səhifəsində yazıb.
“İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.
Azərbaycan hər zaman qardaş Türkiyenin yanındadır!”, – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.
Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb. Elchi.az "Tasnim"ə istinadən xəbər...




















Son şərhlər