Bu gün Güney Azərbaycanın Təbriz, Kərəc və digər şəhərlərində azərbaycanlı şair Hədis Nəcəfinin 40 mərasimi ilə bağlı aksiyalar keçirilib.
Elchi.az xəbər verir ki, səhər saatlarında Kərəcdə soydaşlarımız Hədis Nəcəfinin məzarı ətrafına toplaşıblar. Kərəc-Tehran magistral yoluna toplaşan aksiya iştirakçıları “Ölüm olsun diktatora” şüarları səsləndirib.
Polis aksiyaları dağıtmaq üçün odlu silahlardan atəş açıb, gözyaşardıcı qazlardan istifadə edib.
Təbriz və digər şəhərlərdə də oxşar aksiyalar keçirilib. Hazırda Təbrizin əsas yolları, mərkəzi küçə və meydanlarında çoxlu sayda polis və təhlükəsizlik qüvvələri yerləşdirilib.
Qeyd edək ki, 22 yaşlı azərbaycanlı gənc xanım Hədis Nəcəfi sentyabrın 23-də Kərəc şəhərində polisin açdığı atəş nəticəsində qətlə yetirilib.
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO
Kəlbəcər sakinləri ağır faciələrdən keçsələr də, öz əzmini, inamını və qürurunu əsla itirməyiblər. Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir...




















Son şərhlər