"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ermənilər “Valday”da Putini ələ alır, biz “qafiyə” tuturuq

28 Oktyabr 2022 - 16:06
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

Aynur Camalqızı

Dünən Feysbuk hesabımda da yazmışdım: sosial şəbəkələrin Azərbaycan seqmenti bu günlərdə “Aşıq Pəri məclisi”ni xatırladır. Mütləq əksəriyyətin qızğınlıqla Yazıçılar Birliyinin qurultayı üçün büdcədən ayrılan 203 min manatın nəyə və necə xərclənməsini müzakirə etməsi fonunda “Valday” Beynəlxalq Diskussiya Klubundakı müzakirələr arxa plandadır.
“Valday”da isə… Rusiya Prezidenti Vladimir Putin Qarabağdan danışırdı – Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişindən…
Həddən ziyadə əsəbgərici açıqlamalar idi. Büsbütün erməni auditoriyasına fokuslanmışdı; bütün mesajlar Ermənistan cəmiyyətinə yönəlik idi. Niyə? Nə qədər qəribə də olsa, kifayət qədər mötəbər bir tədbirdə Qarabağla bağlı Rusiya prezidentinə sual ünvanlayanların hamısı ermənilər idi.
Təkcə sual ünvanlamırdılar, həm də salonda “boy” verirdilər…
Putinin daha çox Paşinyan hakimiyyətinə yönəlmiş cavabının alt qatında Azərbycanın suverenliyinə təhdid də sezilirdi. Ermənilərə açıq şəkildə seçim təqdim etdi:

  • Ya Qarabağda Azərbaycan suverenliyini tam tanıyan “Vaşinqton sənədi”nə razılaşın;
  • Ya da Rusiya sülh sazişinə “Qarabağ məsələsi”ni də daxil etmək imkanı yarada bilər.
    Qərb-Rusiya qarşıdurmasının Cənubi Qafqazda açıq müstəviyə keçdiyi son proseslər Putinin bu açıqlamasının hədəfini bəlli edir: Moskva ön plana çıxan Qərbin vasitəçiliyini sıradan çıxarmaq və bunun ön plana çıxmasına şərait yaradan Paşinyan hakimiyyətinə “daxili təzyiq”ə nail olmaq üçün gediş edir. Amma həm də qapını Qarabağda hələ də qalan separatizmə açıq saxlayır, bununla Bakıya bəlli mesajlar göndərməklə yanaşı, Xankəndidə rəsmi İrəvanın imtina etməyə hazırlaşdığı və mövcudluqlarını qorumaq üçün qapı-qapı düşən separatçı-terrorçu rejimi stimullaşdırır.
    Putinin cavabı Rusiyanın bölgə üzərindəki maraqları və bu maraqların təmin edilməsi üçün ünvanlı, bir qədər də təhdid mesajları idi.
    Amma…
    Rusiya prezidentini yönləndirənlərin erməni politoloqlar, jurnalistlər olması da ayrı bir gerçəklikdir. Bu gerçəklik həm də Qarabağla bağlı həlledici proseslərin yaşandığı vaxt bizim cəmiyyət olaraq “Aşıq Pəri məclisi”ndə “qafiyə açıb” deyişmə qurmağımızın da acı mənzərəsini özündə ehtiva edir.
    Sizi heç düşündürmürmü ki, “Valday”da niyə Azərbaycanın, azərbaycanlıların mövqeyindən bircə sual da verilmədi? Axı bizim dövlət və xalq olaraq Rusiya prezidentindən cavabını gözlədiyimiz qalaq-qalaq suallarımız var…
    Cavab sadədir: ermənilər “Valday”da Putini yönləndirəndə biz Bakıda AYB-ni, onun qurultayını müzakirə edir, lətifələr qoşur, “kim daha maraqlı şərh yazacaq” yarışına çıxmışdıq və çıxmışıq – davam edir hələ də. Yazıçıları, ədəbiyyat adamlarını anladıq, bəs, bircə azərbaycanlı politoloq, siyasətçi, jurnalist, deputat “Valday”a getməyi niyə ağlına gətirməmişdi?!
    İlboyu “Valday”la bağlı analizlər, təhlillər hazırlayan ekspertlərimiz də “unutmuşdular”. Çünki yuxarıdan göstəriş yox idi. Heç kəsə “biznes klass” bilet alınıb, əlinə “tezis” verilməmişdi və 203 min manatı “semiçka pulu” sayan deputatlarımız məsafəcə o qədər də uzaq olmayan Soçiyə getməyə, ölkəmizin maraqlarını müdafiə etməyə gərək duymamışdılar. Beləcə “Valday” meydanı boş buraxıldı və nəticə etibarilə ermənilər bundan gen-bol yararlandılar.
    Halbuki bütün dünyanın gözünü zillədiyi, Putinin ağzından çıxan sözləri incələdiyi bir vaxtda həqiqəti dünya miqyasında yenidən hallandırmaq üçün bircə replika, bircə sual bəs edirdi.
  • 10 noyabr bəyanatının imzalanmasından 2 il vaxt ötsə də, razılaşmanın 4-cü bəndi – Ermənistan hərbi birliklərinin Azərbaycan ərazilərini tamamilə tərk etməsi öhdəliyi hələ də icra olunmayıb. Niyə?
  • Razılaşmanın 9-cu bəndində qeyd olunan Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək “maneəsiz keçid” öhdəliyi hələ də yerinə yetirilməyib. Niyə?
  • Rusiya prezidenti altına imza atdığı bu razılaşmanın tam icrası haqda nə düşünür, ötən 2 ildə niyə bu bəndlərlə bağlı hansısa addımlar atılmayıb? Ermənistanın öz öhdəliyini yerinə yetirməsi üçün Putin nə etməyi düşünür?
  • Azərbaycan razılaşmada götürdüyü öhdəlikləri icra edir, Qarabağda qalan ermənilərlə Ermənistanın təmasını yaradan Laçın yolunu açıb, Rusiya sülhməramlıları bu yolda yerləşir. Bəs, Naxçıvana “maneəsiz keçid”in açılması, Rusiya sərhədçilərinin ora yerləşdirilməsi prosesi niyə həyata keçirilmir?!
    Biz niyə bütün dünyanın gözü qarşısında bəyanatın həmin bəndlərini “üzündən oxuyaraq”, Rusiyanın Ermənistandan keçəcək yolu nəzarətə götürməsi üçün məsuliyyət üstləndiyini yada salmadıq? Qərbə doğru qaçmaqda olan Ermənistanı cilovlamaq üçün çalışan Rusiya prezidentini bu suallarla Azərbaycan auditoriyasına yönləndirmək, Azərbaycanı narahat edən məsələlərin həlli ilə bağlı açıqlamalar ala bilməzdikmi?
    Bilərdik və bunun yolu çox asan idi.
    Amma…
    Başımız “Aşıq Pəri məclisi”ndən ayılmır axı…
Previous Post

Ermənilər “Valday”da Putini ələ alır, biz “qafiyə” tuturuq

Next Post

Ukrayna 300-dən çox İran PUA-sı vurdu

Bənzər yazılar

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:09

Bakı–Tbilisi–Bakı qatarında qatarların sayı artmaqla yanaşı qiymətlər də aşağı düşdü. Bu yaxşı xəbərdir, amma Gürcüstana gedərkən səyahət sığortasını unutmayaq. Ölkəyə...

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

02 Oktyabr 2026 - 16:41

Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları...

YAP-ın VIII Qurultayı başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

02 Oktyabr 2026 - 16:24

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı öz işini başa vurub. Elchi.az xəbər verir ki, Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib....

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
Ukraynada İran istehsalı olan 6 PUA vuruldu

Ukrayna 300-dən çox İran PUA-sı vurdu

Ukraynada İran istehsalı olan 6 PUA vuruldu

Ukrayna 300-dən çox İran PUA-sı vurdu

Son xəbərlər

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.