Türkiyə Qərbin maliyyələşdirməsi və sığortası olmadan Rusiya neftini alıb nəql edə bilər.
Elchi.az xəbər verir ki, bunu Türkiyə xəzinə və maliyyə naziri Nurəddin Nəbati deyib.
“Biz ehtiyaclarımızı ödəmək üçün lazımi addımları atmalı, eləcə də ölkəmizin maraqlarını qorumaq üçün lazım olan hər şeyi etməliyik. Türkiyə Qərbin maliyyələşdirməsi və sığortası olmadan Rusiya neftini alıb nəql edə bilər. Əgər hansısa sanksiyalar tətbiq olunarsa, Türkiyənin heç bir sanksiyaları pozmadan yeni vəziyyətə uyğunlaşmaq üçün alətlər hazırlamağa hər cür imkanı var. Hökumət Türkiyəni istehsal mərkəzinə çevirəcək iqtisadi islahatlar həyata keçirmək niyyətindədir”, – o bildirib.
Qeyd edək ki, Nəbati keçən həftə G20 Xəzinədarlığı və Mərkəzi Bank Rəhbərlərinin toplantısında və beynəlxalq təşkilatların illik toplantılarında iştirak etmək üçün ABŞ-a səfər edib.
G7 liderləri Putin və Zelenski arasında görüş keçirilməsinə çağırır
Xarici işlər naziri Sıbiha: G7 liderləri Putin və Zelenski arasındakı görüşü sülhə aparan əsas amil hesab edirlər. Elchi.az xəbər verir...





















Son şərhlər