Rusiyanın Belarusdan Ukraynanın şimalına hücumu riski aşağıdır.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Belarusdan Ukraynanın şimal-qərbinə hücum ssenarisi yaxın aylarda çətin ki, baş versin. Axı Rusiya ordusunun qurudan hücumla Ukraynanın Qərbdən təchizat xətlərini kəsmək imkanı yoxdur. Ən yaxın şərq-qərb Ukrayna dəmir yolu Belarus sərhədindən 30 km məsafədədir və Ukraynanın şimalında və Belarusdakı Pripyat bataqlıqları Volın və Rivne vilayətlərində beynəlxalq sərhəddən manevr müharibəsini son dərəcə çətinləşdirir”, – məlumatda deyilib.
Qeyd edilir ki, Ukraynanın avtomobil və dəmir yolu şəbəkəsi Polşa, Rumıniya, Slovakiya və Macarıstanla kifayət qədər qovşaqlara malikdir.
“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb
Türkiyədə 2011-ci ildə Silivri həbsxanasında həyatını itirən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Vatan...





















Son şərhlər