Azərbaycan Ermənistana döyüş meydanında cavab verdi.
Elchi.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Gəncəyə raket hücumlarının ikinci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
Cavid Musayev vurğulayıb ki, Azərbaycanın mülki əhalisinə qarşı hücumlara, dinc əhalinin ölümünə və yaralanmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür:
“Ermənistan müharibənin ilk günlərindən Azərbaycana qarşı informasiya müstəvisində dezinformasiyalar, “feyk” xəbərlər yaymaqla məşğul olub. Buna görə də Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya məkanında da mübarizə aparmalı oldu. Bunun üçün Azərbaycan öz qapılarını bütün beynəlxalq mətbuat nümayəndələrinin üzünə açıb ki, onlar həqiqəti öyrənə bilsinlər. Müharibə zamanı Azərbaycan Prezidenti beynəlxalq mediaya müsahibələr verir, Tviterdə paylaşımlar edirdi”.
Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
“Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi”. Elchi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev...





















Son şərhlər