Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının paytaxt Kiyev və digər vilayətlərə raket zərbəsi endirməsinə münasibət bildirib.
Elchi.az xəbər verir ki, o, bu barədə Teleqram hesabında paylaşım edib.
O bildirib ki, Rusiya 229 gündür Ukrayna xalqını məhv etməyə, Yer üzündən silməyə çalışır:
“Ukraynanın hər yerində hava hücumu səngimir. Raket zərbələri davam edir. Təəssüf ki, ölənlər və yaralananlar var. Sığınacaqları tərk etməyin. Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin, güclü olaq”, – Zelenski qeyd edib.
Medvedev qabaqlayıcı nüvə zərbəsi üçün şərtləri açıqladı
Medvedev Rusiyanı müdafiə etmək məqsədilə qabaqlayıcı nüvə zərbəsindən istifadə oluna biləcəyini irəli sürür. Elchi.az xəbər verir ki, əgər rəqib tərəfindən...





















Son şərhlər