"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Kremlin Alma-Ata Bəyannaməsinə mövqeyi necə olacaq?”

07 Oktyabr 2022 - 14:35
in GÜNDƏM
FacebookVatsap

“Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirildi.
Gözlədiyim kimi, sülh müqaviləsi imzalanmadı. Bununla belə sülh müqaviləsinin imzalanması yolunda mühüm nailiyyətlər əldə edildi. Bunlardan ən önəmlisi isə şübhəsiz ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır”.

Bunu da oxuyun

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

Elchi.az xəbər verir ki, bu barədə politoloq Turan Rzayev FB hesabında bildirib:

“Alma-Ata Bəyannaməsinə sadiqlik
Baş tutan dördtərəfli görüşdən sonra Yelisey sarayının rəsmi saytında Praqa bəyanatı dərc edilib. Bəyanatda deyilir:

Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib. Missiya oktyabr ayında fəaliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi – güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir”, – deyə, bəyanatda qeyd olunub.
Praqa bəyanatı 44 günlük müharibədən sonra tərəflər arasında ərazi bütövlüyü və suverenliyinin əks olunduğu ilk sənəddir. Və tərəflərin 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini qeyd etməsi mühüm amildir.
Xatırladaq ki, “Alma-Ata bəyannaməsi”ndə deyilir ki, müstəqil dövlətlər Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası (RSFSR), Tacikistan Respublikası, Türkmənistan, Özbəkistan Respublikası və Ukrayna münasibətləri dövlətlərin suverenliyini, öz müqəddəratını təyin etmək hüququnu, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini qarşılıqlı tanınma və hörmət əsasında inkişaf edəcək. Bu o deməkdir ki, rəsmi İrəvan Bakının daxili məsələsi olan Qarabağa dair heç bir məsələyə qarışmayacaq.
Sənəddə qeyd olunur ki, MDB üzvləri insan hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşacaq, öhdəliklərin və beynəlxalq münasibətlərin digər tanınmış prinsip və normalarının vicdanla yerinə yetirilməsinə hamılıqla əməl edəcək.
Prinsip etibarilə, rəsmi Bakı ölkədəki bütün azlıqların hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşır. Qarabağ erməniləri də bütün hüquqlardan faydalana bilər. Əsas məsələ Qarabağ ermənilərinin Azərbaycanın bir parçası olduğunu qəbul edib yuridistikamızı tanımasıdır. Digər tərəfdən, bu, həm də Ermənistanın status tələbini də sıradan çıxarır.
“Alma-Ata bəyannaməsi”ndə həmçinin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb. Bu, o deməkdir ki, İrəvan bununla Qarabağı da Azərbaycan ərazisi olaraq tanıyır.
Sərhədlərin delimitasiya və demarkasiyası
Tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini qeyd etməsi əslində sərhədlərin delimitasiya və demarkasiyası üçün də mühüm yenilikdir.
Belə ki, Alma-Ata Bəyannaməsi sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq. Nəzər alsaq ki, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi də bu tarixə qədər işğal olunub, həmin ərazilər də delimitasiya və demarkasiya prosesində öz əksini tapa bilər.
Oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq. Həmin tarixə qədər delimitasiya və demarkasiyası detalları bəlli olacaq.
Kremlin mövqeyi necə olacaq?
Praqa bəyanatına və bəyanatda əksini tapan Alma-Ata Bəyannaməsi onu deməyə əsas verir ki, bu məsələlər həm də Rusiya ilə ayrı-ayrılıqda müzakirə edilib, razılaşdırılıb.
Nəzərə almaq lazımdır ki, Alma-Ata Bəyannaməsi böyük ölçüdə Rusiyanın məhsuludur. Digər tərəfdən, sənəddə qeyd edilib ki, tərəflər bir-birinin nüvəsiz və ya neytral dövlət statusuna nail olmaq istəyinə hörmətlə yanaşacaqlar.
Prinsip etibarilə, Rusiya həm Ukrayna, həm də Gürcüstana bu ölkələrin neytral dövlət statusunu pozması səbəbilə müharibə elan etdi. Yəni buradakı neytral dövlət statusu Kremlin maraqlarına uyğundur.
Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Söhbət hərbi missiyadan getsə idi, Kreml buna ən sərt şəkildə reaksiya verərdi. Aİ-nin mülki missiyasının yardım təklifi Kreml üçün elə də ciddi problem deyil. Lakin ABŞ həmin yekunu öz xeyrinə çevirmək məqsədləri güdərsə, Moskvanın cavabı olacaq”.

Şayəstə

Previous Post

“Kremlin Alma-Ata Bəyannaməsinə mövqeyi necə olacaq?”

Next Post

Erməni idmançıdan azərbaycanlılarla bağlı şok etiraf

Bənzər yazılar

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

13 Noyabr 2026 - 11:07

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə Elchi.az-a Müdafiə...

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

13 Noyabr 2026 - 10:16

Noyabrın 12-də Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən...

Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

12 Noyabr 2026 - 19:12

Bakı şəhərində "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə işçi qrupunun fəaliyyəti üzrə seminar keçirilib. Bu barədə Elchi.az-a...

Azərbaycan-Türkiyə-Gürcüstan MMU rektorlarının üçtərəfli görüşü keçirilib

Azərbaycan-Türkiyə-Gürcüstan MMU rektorlarının üçtərəfli görüşü keçirilib

12 Noyabr 2026 - 16:45

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə və Gürcüstanın müdafiə nazirlikləri arasında mövcud olan qarşılıqlı əməkdaşlıq planlarına əsasən, Bakı şəhərində üç...

Next Post
Erməni idmançıdan azərbaycanlılarla bağlı şok etiraf

Erməni idmançıdan azərbaycanlılarla bağlı şok etiraf

Erməni idmançıdan azərbaycanlılarla bağlı şok etiraf

Erməni idmançıdan azərbaycanlılarla bağlı şok etiraf

Son xəbərlər

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

15 Noyabr 2026 - 17:37
Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08
Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.