Bu günlərdə Ermənistan cəmiyyəti respublikanın KTMT-dən çıxmasını hakimiyyətdən tələb edir. Ancaq siyasi və məntiqi analiz qabiliyyəti olanlar çox gözəl anlayır ki, Ermənistan KTMT-dən çıxsa, xarabalığa çevriləcək.
Elchi.az xəbər verir ki, bu sözləri “Review” verlişinin efiri zamanı erməni alim, tarix elmləri doktoru, professor Xaçatur Stepanyan deyib.
“Ermənilər anlamır ki, KTMT-dən çıxsaq, İrəvan küçələrində qan su yerinə axacaq. Bizə heç düşmən lazım olmayacaq. Daxili siyasi qarşıdurmalar xaosa səbəb olacaq. Ermənistan səhralığa dönəcək. Anlamalıyıq ki, “KTMT-dən çıxmaq” ssenarisi Qərbin qrantları hesabına reallaşır. Hər tərəf məhbuslarla dolu olacaq, qeyri-insani qətllər baş verəcək”, – professor qeyd edib.
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrin tezliklə qurulacağını bildirib
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyənin yaxın gələcəkdə diplomatik münasibətlər quracağına əmin olduğunu bildirib. Elchi.az xəbər verir ki,...






















Son şərhlər