Rusiyanın Ukraynaya qarşı heç bir xoş niyyəti yoxdur.
Elchi.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Tvitterdə yazıb.
O bildirib ki, rəsmi Moskva kimisə müdafiə etmir, həyatları məhv edir:
“Qorxaq və qeyri-insani hərəkətlər bunu təsdiqləyir”.
Qeyd edək ki, bu gün Rusiya Ukraynanın Zaporejye şəhərində mülki vətəndaşları daşıyan avtomobil karvanını bombalayıb, azı 25 nəfər ölüb, 52 nəfər yaralanıb.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...





















Son şərhlər