Sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki Biləcəri daş bazarında çalışan 1984-cü il təvəllüdlü Xəqani Əzizovu elektrik cərəyanı vuraraq öldürüb.
Bu barədə Elchi.az-a Binəqədi Rayon Prokurluğundan məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, Xəqani Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərəkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Narkotikin təsiri altında olan sürücü həbs edilib
Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...






















Son şərhlər