Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi “Narkomaniya: ağır və erkən ölüm” adlı layihənin icrasına start verib. Təsviri Plana uyğun olaraq layihənin internet televiziyasında müzakirəsi keçirlib.
AXC TV-nin “Azad meydan” verilişinin qonaqları olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı sualları cavablandırır, fikirlərini və təkliflərini diqqətə çatdırıblar.
Azər Allahverənov əvvəlcə cari məsələlərdən, daha sonra isə Agentliyin gördüyü işlərdən bəhs edib.Qonaq qeyd edib ki, qrant müsabiqəsinin qalibi olmuş qeyri-hökumət təşkilatları hazırda mühüm mərhələyə, layihələrin icrası dövrünə qədəm qoyublar.
Müşahidə Şurasının üzvü əlavə edib ki, üçüncü sektor təmsilçilərinin sərbəst fəaliyyəti üçün lazmı şərait yaradılıb, təşkilatlarla Agentliyin koordinatorları arasında fasiləsiz fikir mübadiləsi aparılır, meydana çıxan suallara anında aydınlıq gətirilir, təkliflər verilir, işlər keyfiyyətli və faydalı əməkdaşlıq prinsipləri üzrə aparılır.
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinə uğurlar arzulayan Mehriban Zeynalova isə xatırladıb ki, təşkilatın icra etdiyi layihənin mövzusu günümüz aktual məsələlərindəndir.Narkomaniya ilə mübarizənin vacibliyini xatırladan qonaq nəzərə çatdırıb ki, bu işdə cəmiyyətimiz səfərbər olmalıdır.
Qeyd edək ki, layihə icra müddəti 3 aydır.
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb
Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların...





















Son şərhlər