"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Gələn ildən pensiyalar nə qədər artacaq?

28 Sentyabr 2022 - 13:21
in CƏMİYYƏT, İQTİSADİYYAT
FacebookVatsap

“Bu gün Milli Məclisinin Əmək və Sosial Sİyasət komitəsində “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən düzəlişləri müzakirə etdik. Yeni təkliflər iki mühim istiqaməti əhatə edir: Maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin 1 yanvarından indeksasiya olunması”.

Bunu da oxuyun

IEA üzvləri fövqəladə neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirəcək

Dünya bazarlarında neftin qiyməti artıb

Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Elchi.az xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov FB hesabında qeyd edib:

“Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Qanunvericilik əvvəlki illərdə bütün əmək pensiyalarının indeksasiyasını nəzərdə tutmadığı üçün belə dəyişikliklərə ehtiyac var idi. Digər tərəfdən, pensiyaları indeksasiyaya cəlb olunmayan şəxslərin əməkhaqqıları isə 3-5 ildən bir artırılırdı ki, nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyasında artımlar hiss olunmurdu. Onların pensiyaları indeksasiya olunmadığı üçün bu həmin vətəndaşlarımızın bu imkandan da faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər qəbul olunandan sonra həmin vətəndaşlarımız bu hüquqdan istifadə edə biləcəklər. Məsələn, 2001-2011-ci illərdə on illik indeksasiya faizi 98.0 faiz olub. Bu müddətdə dövlət qulluqçusunun pensiyasında 69.0, hakimlərdə 25, hərbi qulluqçularda 59, xüsusi rütbəlilərdə 81, ədliyyə işçilərində 69 faiz artım qeydə alınıb. Göründüyü kimi, əgər həmin vətəndaşlarımız da bu müddətdə vahid indeksasiya sistemindən istifadə etsəydilər pensiya məbləğlərində daha çox artım qeydə alınardı. Yeni dəyişikliklər məhz həmin vətəndaşlarımıza bu imkandan faydalanmağa şərait yaradacaq. Bu baxımdan, yeni dəyişikliklər ilə qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahına müsbət təsir göstərəcək.
Qeyd edək ki, indeksasiya hər il yanvar ayında aparılır. Bu o deməkdir ki, yeni dəyişikliklər qəbul olunandan sonra 2023-cü ilin ilk ayında bütün növ əmək pensiya məbləğlərində artımlar olacaq. Bu il minimum əmək haqqı məbləğində artım olduğu üçün orta aylıq əmək haqqında əvvəlki illərə nisbətən daha yüksək faizli artım qeydə alınacaq. Bu ilin ilk 7 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq. Məsələn, əgər 2022-ci ildə orta aylıq əmək haqqı 15 faiz artarsa o zaman 500 manat pensiya alan vətəndaşımızın pensiyasında 75 manat artım olacaq.
Digər tərəfdən, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10 %-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur. Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək.

Previous Post

Gələn ildən pensiyalar nə qədər artacaq?

Next Post

Azərbaycandan xaricə pul köçürənlər həbs olunacaq

Bənzər yazılar

IEA üzvləri fövqəladə neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirəcək

08 Oktyabr 2026 - 09:57

Beynəlxalq Enerji Agentliyinə (IEA) üzv ölkələrin hökumətləri mart ayında qəbul edilmiş Birgə Fəaliyyət çərçivəsində elan olunan fövqəladə neft ehtiyatlarının (400...

Dünya bazarlarında neftin qiyməti artıb

Dünya bazarlarında neftin qiyməti artıb

08 Oktyabr 2026 - 09:36

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 2,22% artaraq 1...

Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

08 Oktyabr 2026 - 09:13

Yenidənqurma işləri ilə əlaqədar Bakı və Abşeronun b'zi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq/ "Azərişıq"dan Elchi.az-a verilən məlumata görə,...

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

Next Post
Azərbaycandan xaricə pul köçürənlər həbs olunacaq

Azərbaycandan xaricə pul köçürənlər həbs olunacaq

Azərbaycandan xaricə pul köçürənlər həbs olunacaq

Azərbaycandan xaricə pul köçürənlər həbs olunacaq

Son xəbərlər

Google Xəritələrdə canlı yanacaq qiymətləri dövrü başladı

Google Xəritələrdə canlı yanacaq qiymətləri dövrü başladı

08 Oktyabr 2026 - 11:13
Buzlaqlar ərimə təhlükəsi ilə üz-üzədir

Buzlaqlar ərimə təhlükəsi ilə üz-üzədir

08 Oktyabr 2026 - 10:59
Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

08 Oktyabr 2026 - 10:47
Alimlər tamamilə yeni növ saat icad ediblər

Alimlər tamamilə yeni növ saat icad ediblər

08 Oktyabr 2026 - 10:35
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir, Prezident tədbirdə çıxış edib – YENİLƏNİB

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir, Prezident tədbirdə çıxış edib – YENİLƏNİB

08 Oktyabr 2026 - 10:30
Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

08 Oktyabr 2026 - 10:23
Prezident Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

Prezident Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

08 Oktyabr 2026 - 10:12

IEA üzvləri fövqəladə neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirəcək

08 Oktyabr 2026 - 09:57
Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkar edilib

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkar edilib

08 Oktyabr 2026 - 09:48
Dünya bazarlarında neftin qiyməti artıb

Dünya bazarlarında neftin qiyməti artıb

08 Oktyabr 2026 - 09:36
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

08 Oktyabr 2026 - 09:24
Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

08 Oktyabr 2026 - 09:13
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.