Ermənistanın sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən bildirilib.
“Bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır. Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur”, – məlumatda deyilir.
Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikasının 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Elchi.az xəbər verir ki,...





















Son şərhlər