Futbol üzrə İspaniya millisi 19 ildən sonra ilk dəfə evdə rəsmi matçda məğlub olub.
Elchi.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın məğlubiyyətsiz oyunlar seriyası UEFA Millətlər Liqasının V turunda İsveçrə ilə görüşdə başa çatıb.
Rəqibinə 1:2 hesabı ilə uduzan yığma 56-cı ev qarşılaşmasından sonra yenilib.
Pireneylilər daha əvvəl 2003-cü ildə AVRO-2004-ün seçmə mərhələsində Yunanıstana doğma meydanda 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, İspaniya millisi sonuncu turda sentyabrın 27-də Portuqaliyanın qonağı olacaq.
“Real Madrid” və “Barselona” 18 yaşlı müdafiəçini transfer etmək istəyir
İspaniyanın “Real Madrid” və “Barselona” klubları Braziliyanın “Atletiko Mineyro” komandasında çıxış edən Vitaonu transfer etmək istəyir. Elchi.az xəbər verir ki,...





















Son şərhlər