Əvvəllər Bakının hər küçəsində bulaqlar vardı. Sonradan yığışdırıldı. İndi paytaxt küçələrindəki ağaclar susuz qalıb. Belə olmaz.
Elchi.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında yaşıllıqların salınması və qorunması ilə bağlı yeni qanuna və ya qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var.
M.Qənbərov qeyd edib ki, bununla bağlı müvafiq qurumlara müraciət olunub:
“Qanunla yaşıllıqların yaradılmasına xüsusi yanaşılmalıdır. Bakıda və Abşeron yarımadasında ağaclara Lənkərandakı kimi yanaşılmamalıdır. Bakının Baş planının olmaması yaşıllıqların salınmasına və qorunmasına mane olur”.
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır
Prezident İlham Əliyevin yeni Fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların...





















Son şərhlər