İşğal altında olan Krımın baş naziri Sergey Aksyonov və parlamentin sədri Vladimir Konstantinov ailələrini yarımadadan təxliyə ediblər.
Bu barədə Krım tatarlarının lideri, Ukraynanın xalq deputatı Mustafa Cəmilov məlumat verib.
O bildirib ki, bu məlumatı Krımdakı mənbələrdən alıb:
“Əhval-ruhiyyə (yarımadada – red.) təbii ki, fərqlidir. Çaxnaşma – siz özünüz Rusiyaya doğru böyük avtomobil axını görmüsünüz. Mənə dedilər ki, Aksyonovla Konstantinov ailələrini çıxarıblar. FSB əməkdaşları da öz adamlarını çıxarıblar. Bu yaxşı əlamətdir”.
Krım tatarlarının lideri işğalçıların qərarını son vaxtlar Rusiya hərbi bazalarında tez-tez baş verən partlayışlarla əlaqələndirib.
iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi
Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...





















Son şərhlər