"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Süni qiymət artımı ilə mübarizə nədən başlamalıdır | TƏHLİL

29 İyul 2022 - 04:55
in İQTİSADİYYAT
FacebookVatsap

Son vaxtlar tez-tez rastlaşdığımız ifadələrdən biri də “süni qiymət artımı”dır. Biz yüksək çinli şəxslərin dilindən “sünu bahalaşma”ya qarşı tədbirlərin görülməsinin vacibliyi haqda fikirləri çox eşidirik. Amma fakt budur ki, indiyə qədər məsələ ilə bağlı demək olar, heç kim cəzalandırılmayıb, qiymətlər isə təbii, ya süni olmasından asılı olmayaraq, artmaqda davam edir.

Belə vəziyyətdə süni bahalaşmanın qarşısını kəsmək sosial baxımdan son dərəcə vacib əhəmiyyət daşıyır və hökumətin ən vacib qayğılarından olmalıdır. Bəs süni bahalaşma nədir, niyə baş verir və ona qarşı nə etmək olar?!

Bunu da oxuyun

Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir

Nyu-York birjasında təbii qaz bahalaşıb

Dünya bazarlarında neftin qiyməti artır

Azərbaycanda süni qiymət artımı problemi ilə geniş şəkildə ilk dəfə 2016-cı ilin devalvasiyası zamanı üzləşmişdik. O zaman dollara nisbətdə manatın dəyəri aşağı salındığından, avtomatik olaraq xaricdən dollarla alınıb, ölkəyə gətirilən mallar da bahalaşdı. Fəqət xeyli nadürüst sahibkar yaranan bahalaşma dalğasından istifadə edərək, dollarla alınmayan malların da qiymətini qaldırdı. O vaxt sadə insanların dilindən məsələn, “Məgər kartof-soğan da dollarla alınır?!” kimi şikayətləri çox eşidirdik.

Həmin il bir neçə sahibkar cəzalandırıldı, amma problemin həllini tapdığını demək olmaz. Əslində məsələ ondan sonrakı dövrdə də həmişə aktual olub. 2019-cu ildə keçirdiyi bir müşavirədə prezident İlham Əliyev süni qiymət artımı ilə bağlı demişdi ki, istehlak bazarına daim nəzarət olmalıdır: “Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

Bu il vəziyyət daha mürəkkəbdir. Çünki bütün dünyada qlobal bahalaşma gedir və nəyin təbii, nəyin süni olduğunu müəyyənləşdirmək asan deyil. İrili-xırdalı istənilən sahibkarın qiymət artımına izah vermək üçün əlində “əsası”, yaxud bəhanəsi var: “Hər yerdə belədir”. “Belə”, yəni necə?! Ölkədəki qiymət artımı “idxal inflyasiyası” ilə təndirmi? Yoxsa, xaricdən baha alınan malların üstünə yerli inhisarçılar da öz faizlərini əlavə edirlər? Bunu başa düşmək üçün idxal inflyasiyası ilə daxildəki istehlak qiymətləri indeksinin artımı arasındakı əlaqə daha ciddi şəkildə monitorinq və təhlil olunmalıdır.

Bu ilin fevral ayında baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalamışdı. Sənədə görə daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarət artırılmalı idi. İnhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarına qarşı mübarizə, ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi nəzərdə tutulurdu. Beş ay keçib, amma bu istiqamətdə hansısa uğurdan danışmaq mümkün deyil. Hələ uğur bir qırağa qalsın, hansı işlərin görülməsilə bağlı cəmiyyətə vaxtı-vaxtında məlumat da verilmir.

Ötən ay maliyyə naziri Samir Şərifov demişdi ki, ölkəmizdə görülən antiinflyasiya tədbirləri nəticəsində qiymətlər azalacaq, xüsusilə ərzaq ucuzlaşacaq. Təəssüf ki, bunun da əlamətləri görünmür.

Hər şeydən əvvəl, biz süni qiymət artımı ilə qiymət müxtəlifliyini düzgün fərqləndirməyi bacarmalıyıq. Bəzən tamam səhv yanaşma götürülür və ayrı-ayrı ticarət obyektlərində malların qiymətindəki kiçik fərq “süni qiymət artımı” kimi təqdim edilir. Bu, bazar iqtisadiyyatının prinsiplərindən irəli gələn qiymət müxtəlifliyidir. Problem ondadır ki, mövcud qanunvericilik bunun üçün yumşaq desəm, tam uyğun deyil. Qanunvericiliyə görə süni qiymət artımı – “bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi, qiymətlərin süni şəkildə yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılmasıdır”. Bu zaman biz kiçik bir mağaza müdirini də məsələn, yumurtanı 10 qəpik baha satdığı üçün “süni qiymət artımına” görə cəzalandıra bilərik. Halbuki, onun bazarla manipulyasiya etmək imkanları praktik olaraq sıfırdır.

Bizim iqtisadi qanunvericilikdə “süni qiymət” anlayışının tam mahiyyətini aça biləcək, bazar iqtisadiyyatı şəraitində onunla mübarizə imkanları yaradacaq normativlər çatışmır. Ona görə də, təklif edirəm ki, süni qiymət artımına qarşı mübarizənin əsaslı, fundamental olması üçün əvvəlcə qanunvericiliyə “əl gəzdirmək” lazımdır. Məsələn, “Haqsız rəqabət haqqında” qanuna “süni qiymət artımı” anlayışını salmaq və onunla effektiv mübarizə üçün metodlar əlavə etmək olar. Nəyəsə qarşı effektiv mübarizə aparmaq üçün əvvəlcə onun dəqiq təyinini verməlisən. Düşünürəm ki, parlament payız sessiyasına toplaşanda gördüyü ilk işlərdən biri bu istiqamətdə olmalıdır.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru

Previous Post

Süni qiymət artımı ilə mübarizə nədən başlamalıdır | TƏHLİL

Next Post

Blinken Lavrovla danışmaq istəyir – Zaxarova ələ saldı

Bənzər yazılar

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir

22 Sentyabr 2026 - 09:54

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX...

İran Türkiyəyə qaz ixracını dayandırdı

Nyu-York birjasında təbii qaz bahalaşıb

22 Sentyabr 2026 - 09:46

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Elchi.az xəbər verir ki, 2026-cı ilin oktyabr ayında çatdırmaq şərti...

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında neftin qiyməti artır

22 Sentyabr 2026 - 09:38

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 1,35% artaraq 1...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

22 Sentyabr 2026 - 09:12

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, sentyabrın 22-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Next Post
Blinken Lavrovla danışmaq istəyir – Zaxarova ələ saldı

Blinken Lavrovla danışmaq istəyir - Zaxarova ələ saldı

Blinken Lavrovla danışmaq istəyir – Zaxarova ələ saldı

Blinken Lavrovla danışmaq istəyir - Zaxarova ələ saldı

Son xəbərlər

Ağ Ev özünün “Trump TV” kanalını istifadəyə verib

Ağ Ev özünün “Trump TV” kanalını istifadəyə verib

22 Sentyabr 2026 - 10:24
FHN-dən əhaliyə müraciət – VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

22 Sentyabr 2026 - 10:15
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir

22 Sentyabr 2026 - 09:54
İran Türkiyəyə qaz ixracını dayandırdı

Nyu-York birjasında təbii qaz bahalaşıb

22 Sentyabr 2026 - 09:46
Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında neftin qiyməti artır

22 Sentyabr 2026 - 09:38
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Yaşayış binasında köməksiz qalan azyaşlılar xilas olunub – VİDEO

22 Sentyabr 2026 - 09:25
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

22 Sentyabr 2026 - 09:12
Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

21 Sentyabr 2026 - 23:04
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

21 Sentyabr 2026 - 22:59
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

21 Sentyabr 2026 - 22:56
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

21 Sentyabr 2026 - 22:54
Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

21 Sentyabr 2026 - 21:52
“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

21 Sentyabr 2026 - 21:51
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

21 Sentyabr 2026 - 21:49
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

21 Sentyabr 2026 - 21:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.