"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Tarif Şurasından benzin və dizelin qiyməti ilə bağlı QƏRAR

26 İyul 2022 - 19:24
in İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb

Bu günün valyuta məzənnələri

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

Tarif (qiymət) Şurasının iyulun 26-da keçirilən növbəti iclasında benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılıb və aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir.

Bu barədə Elchi.az -a Tarif (qiymət) Şurasından məlumat verilib.

Bildirilib ki, Şuranın indiyədək qüvvədə olan qərarına əsasən, neft məhsulunun topdansatış tarifi (təchizat tarifi də daxil olmaqla) pərakəndə satış yerinədək daşınması ilə bağlı bütün xərclər daxil edilməklə tətbiq edilib. Təchizat tarifi isə özündə həm topdansatış məntəqələri üzrə saxlanılma və nəql xərclərini, həm də pərakəndə satış məntəqələrinə çatdırılma xərclərini birlikdə ehtiva etdiyi üçün subyektlər arasında xidmətin yerinə yetirilmə növündən asılı olaraq mübahisəli halların yaranmasına, maliyyə intizamının pozulmasına səbəb olub.

Məsələ ilə bağlı ötən müddət ərzində müvafiq təhlil işləri aparılmış və bu cür halların aradan qaldırılması məqsədilə benzin və dizel üzrə pərakəndə satış tarifi mövcud 1,0 manat/litr və 0,80 manat/litr səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdasatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunmuşdur. Belə ki, benzin və dizel üzrə mövcud 18 manat/ton topdansatış təchizat tarifi 20 manat/ton, yanacaqdoldurma məntəqələrinin mövcud 100 manat/ton marjası 108 manat/ton müəyyən edilmiş, həmçinin həmin məhsulların borular vasitəsilə nəqli tarifi 3 manat/ton səviyyəsində müəyyənləşdirilib.

Ölkə ərazisində vahid tarif siyasətinin həyata keçirilməsi məqsədilə neft məhsullarının Naxçıvan Muxtar Respublikasına çatdırılmasına topdansatış təchizat tarifindən artıq çəkilən xərclərin qarşılanması məqsədi ilə subsidiyanın ayrılmasına dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərinin razılaşdırıldığını nəzərə alaraq, bu qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarla eyni tarixdən qüvvəyə minəcək.

İclasda həmçinin, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində 5 dəfədən artıq müsahibədə iştirak üzrə ödənişin dövlət qulluğu vəzifələrinin qrupundan asılı olmayaraq bir iştirak üçün 50 manat səviyyəsində müəyyənləşdirilməsinə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının bir mərhələdə, bakalavriat səviyyəsinə isə qəbul imtahanlarının iki mərhələdə keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün yeni test tapşırıqları bazasının işlənməsi, imtahanların təşkili xərclərinin artması kimi məsələlər nəzərə alınmaqla, tələbə qəbulu üzrə yeni xidmətlər üzrə tariflərin müəyyən olunması və bəzi imtahan növləri üzrə isə təsdiq edilmiş tariflərin dəyişdirilməsinə dair Dövlət İmtahan Mərkəzinin müraciətinə baxılıb.

Tarif (qiymət) Şurası üzvlərinin təklifləri əsasında il ərzində 5 dəfədən artıq müsahibədə iştirakla bağlı ödənişin məbləği dövlət qulluğu vəzifələrinin qruplarına uyğun olaraq hər bir mövcud imtahan tarifinin 50 faizi miqdarında (35, 40, 45 və 50 manat) müəyyənləşdirilib. Qərar 26 iyul 2022-ci il tarixindən qüvvəyə minir.

Eyni zamanda, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə və tibb təhsili üzrə rezidenturaya qəbul imtahanları, buraxılış imtahanları, həmçinin abituriyentlərin buraxılış imtahanı çərçivəsində əlavə verdikləri Azərbaycan dili (dövlət dili kimi), rus dili və coğrafiya fənləri üzrə fərq imtahanlarına dair, habelə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üzrə tarif tənzimlənməsi həyata keçirilmiş və yeni tarifləri müəyyənləşdirilib.

Qanunvericiliyə əsasən yuxarıda qeyd olunan qəbul imtahanlarında ilk dəfə iştirak edən abituriyentlər və iştirak sayından asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün tariflərin artırılması ilə əlaqədar yaranan fərqin 2023-2024-cü illər ərzində dövlət büdcəsi hesabına qarşılanması məsələlərinə dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərin razılaşdırıldığını nəzərə alaraq, tələbə qəbulu ilə bağlı qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarı ilə eyni tarixdən qüvvəyə minəcək.

İclasda həmçinin, “Azərenerji” ASC-nin Şuraya müraciətinə baxılmış və istehsal olunan elektrik enerjisinin hansı hissəsinin tarifinin tənzimlənmədiyi məsələsinə aydınlıq gətirilməsi və dəqiqləşdirilməsi məqsədilə Şuranın 2021-ci il 16 oktyabr tarixli qərarında redaktə xarakterli dəyişiklik edilib.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ovçuluq biletinin verilməsinə görə dövlət rüsumu müəyyən edildiyindən Nazirlər Kabinetinin Qərarı ilə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (xidmətlərin) siyahısından ovçuluq biletinin qiyməti çıxarılıb. Bu baxımdan, Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə” 2008-ci il 30 iyul tarixli 5 nömrəli və “Ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə” 2018-ci il 17 may tarixli 3 nömrəli Qərarları ləğv edilib.

Tələbə qəbulu, neft məhsullarının təchizatı və ovçuluq bileti ilə bağlı qərarlar istisna olmaqla digər qərarlar 1 avqust 2022-ci il tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 337 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 13369 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Previous Post

Tarif Şurasından benzin və dizelin qiyməti ilə bağlı QƏRAR

Next Post

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanır

Bənzər yazılar

Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri – CƏDVƏL

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb

23 Sentyabr 2026 - 09:47

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,91 ABŞ...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

23 Sentyabr 2026 - 09:23

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, sentyabrın 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Qızıl və gümüş bahalaşdı

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

23 Sentyabr 2026 - 09:12

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun...

İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

22 Sentyabr 2026 - 19:20

Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasına məxsus aviaşirkətlərin reysləri dayandırılır. Bu barədə Elchi.az-a Azərbaycan Hava Yollarından məlumat verilib. "ABŞ-ın...

Next Post
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanır

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanır

Parlamentdə “Media haqqında” qanun layihəsi növbəti dəfə müzakirə olunacaq

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanır

Son xəbərlər

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

23 Sentyabr 2026 - 10:52
Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 - 10:37
DİM bu imtahanın nəticələrini elan etdi

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

23 Sentyabr 2026 - 10:36
Tramp Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb

Tramp Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb

23 Sentyabr 2026 - 10:34
Yaponiyada “Dujuan” tayfunu nəticəsində ölənlərin sayı 9-a çatıb

Yaponiyada “Dujuan” tayfunu nəticəsində ölənlərin sayı 9-a çatıb

23 Sentyabr 2026 - 10:28
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramını təsdiq edib

23 Sentyabr 2026 - 10:23
NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib – VİDEO

NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib – VİDEO

23 Sentyabr 2026 - 10:20
Tramp süni intellektin adını dəyişdirir

Tramp süni intellektin adını dəyişdirir

23 Sentyabr 2026 - 10:13
Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında təhsildə süni intellektdən istifadəyə dair Memorandum imzalanıb

Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında təhsildə süni intellektdən istifadəyə dair Memorandum imzalanıb

23 Sentyabr 2026 - 10:02
DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edib

23 Sentyabr 2026 - 09:54
Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri – CƏDVƏL

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb

23 Sentyabr 2026 - 09:47
Bakı onuncu yubiley Formula-1 Qran-Prisini qəbul etməyə hazırlaşır

Bakı onuncu yubiley Formula-1 Qran-Prisini qəbul etməyə hazırlaşır

23 Sentyabr 2026 - 09:35
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

23 Sentyabr 2026 - 09:23
Qızıl və gümüş bahalaşdı

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

23 Sentyabr 2026 - 09:12
Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

23 Sentyabr 2026 - 00:02
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.