"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Gördüm alan alıb, satan satıb, dostlar girişiblər mirzəliyə” – Mahir Mehdi ilə söhbət

14 İyul 2022 - 16:37
in CƏMİYYƏT
FacebookVatsap

Qaynarinfo şair Mahir Mehdi ilə müsahibəni təqdim edir. 

Bunu da oxuyun

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

– Necəsən, Mahir? Kefin-halın, sağlamlığın necədir? Nə iş görürsən?

– Həmişəki adamam, özümdəyəm, sadəcə halım, ovqatım dəyişir, bir gecədə on şəklə düşür. Bəzən şeir məqamında oluram, bəzən əsəb notunda, bəzən də heç öz yanımda da olmuram. Ölkəmizin durumu kimiyəm bir az da. Atəşfəşanlıq edirəm hər boş şeyləri, özümə od vururam sındırıldığıma görə. Başqa sözlə, “pir vo vremya çumı…” Günləri müdrikcəsinə yola verməyə, qəşəng bir finalda sona çatmağa hazırlaşıram. 

Səhhətimi soruşursan… Özümü sağlamlığa, xəstəliyə bölmək istəmirəm. Bütövdü məndə hər şey, yarımçıqlığım belə tamdı. Səhhətim yerindədir, nəyim varsa, üstümdə… 

İşimlə maraqlanırsan. Özümdə işləyirəm, qıraqda çalışmağa iş nə gəzir? Yəni, mənim görə biləcəyim işə bu ölkədə ehtiyac yoxdu. Mənim də bu ölkədə işləməyə həvəsim yoxdur, şəxsiyyəti olmayanlarla işləməyi tərgitmişəm. 

– 90-cı illərdə ədəbiyyatda, jurnalistikada bir qaynarlıq vardı. Sən də o qaynar həyatın içinə idin, imzan da xeyli məşhur idi. Necə xatırlayırsan o günləri? O qaynarlıqdan yoruldun, başını alıb getdin, yoxsa başqa səbəblər vardı?

– O vaxtlar ədəbiyyat özünə gəlmə, oyanış dövrünü yaşayırdı, qaynarlıqsa, jurnalistikada baş verirdi, sovet dövründən sonra mətbuatımızın müstəqillik nəfəsi açılmağa başlamışdı. Mən “Azadlığ”a gələndə hələ təmiz şeylər qalmışdı, hamı satılmamışdı, hər şey alınmamışdı. Gözümün qabağında çox sürətlə dəyişdi çox şey, 2000-dən sonra. İçəridən və çöldən çökdürdülər o boyda qəzeti. Mədəniyyət yazarı olmasam da, hadisələrin içindəydim. Və olanları müşahidə edirdim. O dövrdə ən çox yadımda qalan teatrlarıydı – Hüseynağanın “Gənclər”i, Cənnət Səlimovanın “Kamera”sı, Vaqif İbrahimoğlunun “Yuğ”u, Bəxtiyarın “Pantomim”i. Qısa olsa da, maraqlı dövrüydü. 

Ümumiyyətlə isə… Bir yerdə çox işləməyi sevmirəm, yorulan kimi qaçıram ordan. Mühit pis olanda nəyinsə xətrinə dözə bilmirəm, hətta bütün körpüləri yandırıram ki, bir daha qayıtmayım ora. Getdiyim yerə dönməyi heç ağlımdan belə keçirmirəm. Avarlanmaq gözəl şeydi, iş adamı bir səmtə kökləyir, avarlıqsa min istiqamətə yönəldir, təzə ideyalar verir. Yaradıcı adamçün veyil-veyil gəzib, sonra qəfil itərək, özünə çəkilib yaşamaqdan gözəl nə ola bilər? Bu, hamı üçün deyil, mənə aiddi. Hər yaradıcı adamın öz resepti var. Bir az pulun ola, çıxıb dünyanı avaralanasan. 

– Uzun illərin səssizliyindən, yoxa çıxmağından sonra yenə Bakıya qayıtdın, yeni şeirlər, yeni fikirlər. Amma yenə Bakı sənə doğma gəlmədi sanki, yaxud Bakı yenə səni qəbul edə bilmədi. Nə baş verdi? Hətta “Atalar üçdən deyib” prinsipinə əməl edib növbəti dəfə Bakıda yaşamaq cəhdi etdin, yenə nələrsə düz getmədi. Günahı özündə görürsən, yoxsa başqalarında?

– Gəldim, peşman oldum it kimi, qoyub getdiyim jurnalistikanı çox pis gündə gördüm. Siz içəridə olduğunuza görə hiss etmirsiz bunu. Onda da, obrazlı desək, yeməyin iyi tutmuşdu sizi, ancaq mən qıraqdan gəldiyimçün hər şeyi aydın görürdüm. Əslində Bakı məni yox, mən Bakını qəbul edə bilmədim. Bakı mənim üçün çox kiçik, maraqsız yer olub həmişə. Ölçüsünə və ideyasına görə. Burda böyük ideyalar doğulsa da, gerçəkləşmir heç vaxt. Bura dəyərlərin məhv edildiyi, yerlə bir edildiyi məkandı. Burada insanlar savadlı olmaq yox, ağıllı. Bilgili görünmək istəyirlər… 

Suçu, günahı həmişə özümdə görürəm. Başqasıyla nə işim? 10 il Bakıda yaşamışdım, işləmişdim, bəs idi, gərək, təzədən qayıtmayaydım. Qayıtdım ki, alan alıb, satan satıb, köhnə dostlarım girişiblər mirzəliyə. Ona görə də duruş gətirə bilmədim. Sonra arxamca dedilər ki, işləyə bilmədi-filan. Bəli, o mühitdə işləyə bilmədim, ora iş yeri yox, “parnik” idi, mühit anormal, “invaildiydi”. Ordakıların axsaq başıyla uzağa gedə bilməzdim. Və onların getdiyi yerə getmək istəmədim. 

– Mahir, mənə elə gəlir ki daha ciddi və daha yaxşı şeirlərini həbsxanaya düşəndən sonra yazdın. Razılaşırsanmı bu fikirlə? Maraqlıdır, Əlisəmid də özü haqqında danışanda deyir ki, ən yaxşı şeirlərimi türmədə yazmışam. 

– Sənə elə gəldiyini düz deyirsən, mən həmişə yaxşı yazmışam. Pis yazdığım heç ağlıma gəlmir. Sadəcə, yazan adamın qəfil görünmək anı var, eşidilmək, tanınmaq məqamı var. Mənim o anda, o zamanda, o məqamda yaxalanmağım türmədən sonrakı dövrə düşüb yəqin, nə bilim. Ruh həmişə eynidi, ola bilər texnikada müəyyən təzə gəzişmələr hiss etmisən məndə. 

– Bir müddət öncə ilk kitabın çap olundu. Kitaba reaksiyalar necə oldu? Oxucu məktubları aldlnmı?

– Yox, eyy, nə oxucu məktubu? Mesaj-filan, indinin dəbi başqadı. Bu ölkədə başqa kitablara münasibət necə oldusa, mənimkinə də o cürə yanaşdılar. “Mücrü” öz təşəbbüsüylə çap eləmişdi. Heç vaxt şeirlərimin çapı üçün heç kəsə ağız açmamışam, mənim qanunumda kiməsə boğaz çəkmək yoxdu, indi də istəyən özü götürüb saytda verir. Heç təqdimat-zad da keçirmədim. Bu ölkədə kitab təqdimatı, yarmarkası mənə çox bayağı görsənir. Kitab təbliği gözəl işdi, ancaq təhsili, elmi aşağı səviyyədə olan bir yerdə istəyirsən, hər həftə təqdimat elə, yarmarka keçir, xeyri yoxdu… Belə mərasimlər bizdə sünnət toyu kimi öz mənasını itirib. 

– Həbsxana xatirələrini yazacağını və çap etdirəcəyini deyirdin. Nə yerdə qaldı o iş?

– Türmədən gələndən sonra qaralama elədim, bəzi şeylər yazdım, ancaq çapa vermədim. Fikirləşdim ki, türmə həyatının da əks olunduğu kiçik bir roman yazım – içəri və çöl mühitindən, insanın korlanması haqda, adamın hüceyrələrinin necə səhv yöndə inkişaf edib xərçəngə çevrilməsi barədə, belə bir şey… 

Zonda Orxan adlı bir nəzarətçi vardı. İş yoldaşı gülə-gülə danışırdı ki, Orxan birinci dəfə məhbusa verilən “pres”i yəni, işgəncəni görəndə onun ürəyi gedib, güclə özünə gətiriblər. Demək, bir vaxt qan görəndə ürəyi gedən oğlan indi zonun ən əla “pres” verənidi. İnsanın düşdüyü mühitdən olduğu kimi sağ çıxmağı çətin məsələdir. Bax, bu məsələri yazmaq istədiyimə görə xatirə yazmadım. 

– Mahir, səncə, hazırda yaşayan ən böyük Azərbaycan şairi kimdir? 

– Çəkisinə, yəni kilosuna görə böyük şairlər çoxdur. Ancaq belə kimisə özümdən böyük hesab eləsəm, yekə saysam, bircə söz belə yaza bilmərəm. Ona görə də heç kəsi. Mən kimdənsə büt qayırmağın əleyhinəyəm. Bizim camaat da konfet düzəltməyin həvəskarı… Bir dəfə də demişəm, sevdiyim şairlər, aktyorlar, nə bilim müğənnilər yox, xoşladığım şeirlər, rollar, musiqilər var. Oxumaq istədiyim şeirlərisə özüm yazıram hələ ki… Bunu da hardasa demişəm. 

– Şair, mütaliə edə bilirsənmi? Oxuduqlarından kimləri bəyənirsən, gənclərə kimləri oxumağı tövsiyə edirsən?

– Türmədə kitabı kitaba calayırdım, birinin közünə o birini yandırırdım. Ona görə indi bəzi əsərləri bir-birinə qarışdırıram, süjeti səhv salıram. İndi də oxuyuram, işim elə bundan ibarətdir də. Nə yaxşı PDF var, hekayələri, şeirləri saytlardan izləyirəm. Ancaq oxuduğum kitablar, baxdığım filmlərin siyahısını paylaşmağı sevmirəm. Zamyatinin “Biz” romanı oxuduğum axırıncı əsərdi, türmədə başlamışdım, yarımçıq qalmışdı, tapıb indi tamamladım. Corc Oruel “1984” romanında  Zamyatinin bu əsərindən eninə-uzununa bəhrələnib. 

Pərviz Cəbrayılın “Məryəm surəsi” son illər oxuduğum ən əla romandı, icazə versə, onun əlini sıxardım, özü də ürəkdən. Ədəbiyyat haqqında danışmağı sevməsəm də, bir dəfə geniş söhbətləşərik. Mən özümçün oxuyuram, danışanda elə bilirəm əsərin dadı qaçır. Gəncləri də izləyirəm, maraqlı imzalar çoxdu – Seymur SU, Mürşid Mirac, Aqşin Evrən – ona polkovnik deyirəm, Səttar Temurçin… Ancaq gənclərə məsləhət vermək mənlik deyil, çünki sevmirəm, çünki özüm də məsləhətə qulaq asan deyiləm, çünki onlar mən bildiyimi bilirlər. 

– Sənətkar, ümumiyyətlə, necə fikirləşirsən, bu işlərin axırı necə olacaq?

– Məndən sonra bu işlərin axırı olmayacaq. 

Ağa Cəfərli

Previous Post

“Gördüm alan alıb, satan satıb, dostlar girişiblər mirzəliyə” – Mahir Mehdi ilə söhbət

Next Post

Prezident 2021-ci il dövlət büdcəsinin icrasını TƏSDİQLƏDİ

Bənzər yazılar

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18

Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. Elchi.az -ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə,...

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07

İyunun 3-də Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 34-cü iclası...

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

03 İyun 2026 - 18:23

30 may tarixində Boolood komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa...

Next Post
Prezident 2021-ci il dövlət büdcəsinin icrasını TƏSDİQLƏDİ

Prezident 2021-ci il dövlət büdcəsinin icrasını TƏSDİQLƏDİ

Prezident 2021-ci il dövlət büdcəsinin icrasını TƏSDİQLƏDİ

Prezident 2021-ci il dövlət büdcəsinin icrasını TƏSDİQLƏDİ

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.