"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

“Rüstəm Usubovun verdiyi tapşırıqları yerinə yetirmişik” – MTN işi

21 İyun 2022 - 22:31
in FLƏŞ
FacebookVatsap

Bunu da oxuyun

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsində 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Elchi.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq, əlavə şahid qismində Qədir Əkbərov ifadə verib.

Təqsirləndirilən şəxs Yasin Məmmədovun vəsatəti əsasında məhkəməyə dəvət edilən Qədir Əkbərov MTN-də Xüsusi İnspeksiyanın rəisi olub.

Qədir Əkbərov bildirib ki, işlə əlaqədar Mövlam Şıxəliyevlə Yasin Məmmədovun ədavəti var. Onun sözlərinə görə, Mövlam Şıxəliyevin təqriri əsasında 3 dəfə Yasin Məmmədovla bağlı yoxlama aparıb.

Bundan sonra hakim Elbəy Allahverdiyev təqsirləndirilən şəxs Sahib Ələkbərovun ötən məhkəmə prosesində verdiyi vəsatətlə bağlı qərarını açıqlayıb.

Qərara görə, Sahib Ələkbərovun sabiq Baş prokuror Zakir Qaralovun və onun 1-ci müavini Rüstəm Usubovun məhkəmədə əlavə şahid qismində dindirilməsinə dair vəsatəti təmin edilməyib.

Ardınca hakim zərərçəkən Əfsəl Həsənəliyevin eyni məzmunlu vəsatətinin də təmin edilmədiyi açıqlayıb.

Bu qərar zərərçəkənlər və təqsirləndirilən şəxslərin etirazına səbəb olub.

Hakim sərbəst ifadə vermək üçün sözü təqsirləndirilən Mövlam Şıxəliyevə verib. Mövlam Şıxəliyev sərbəst ifadəsini məhkəməyə yazılı şəkildə təqdim edəcəyini bildirib. O, ittihamları qəbul etmədiyini məhkəmənin diqqətinə çatdırıb.

Mövlam Şıxəliyev deyib ki, ibtidai istintaq yarımçıq aparılıb, ona verilən ittihamlar əsassız olmaqla heç bir sübuta söykənmir:

“Mən istintaq idarəsinin rəisi olduğum müddətdə kargüzarlıq etmişəm. Qərarları Baş Prokurorluq verib. Hər bir material, cinayət işi üzrə Baş Prokurorluğa məruzə olunub, orada verilən qərarlar üzrə işlər icra olunub”.

Mövlam Şıxəliyev zərərçəkən Elvar Əliyevlə bağlı peşmançılıq çəkdiyini deyib: “Elvar Əliyev məhkəmə binası önündə oğluma deyib ki, həbsdə olanda gözünə dərman tökülməli olub. Lakin ona dərman verilməyib. Bundan mənim xəbərim olmayıb. Mən bunu bilsəydim, özüm dərman alaraq ona verərdim”.

Zərərçəkən Elvar Əliyev isə ayağa qalxaraq Mövlam Şıxəliyevin yalan danışdığını bildirib: “Mən Mövlam Şıxəliyevin oğluna belə söz deməmişəm. Mənə, həqiqətən də, MTN-də gözümə tökməyə dərman verilmirdi. Mən sərbəst ifadəmdə bu haqda məlumat vermişəm”.

Mövlam Şıxəliyev iddia edib ki, zərərçəkənlərdən kimsə ona pul verdiyini deməyib. Bu yerdə zərərçəkən Nizami Kazımov Mövlam Şıxəliyevə bildirib ki, o, yalan danışır: “Məni MTN-dəki kabinetində 3 dəfə qəbul etmisiniz. Birinci dəfə dediniz ki, Vüsal Ələkbərovun istədiyi pulu ver. İkinci dəfə dediniz ki, vəkil Osman Kazımovdan imtina elə. Üçüncü dəfə artıq məndən pulu almışdınız. Məni kabinetə çağırıb söhbət elədiniz və yola saldınız. Burada yalan danışmayın”.

Mövlam Şıxəliyev zərərçəkənin sözlərinə reaksiya verməyib.

Bundan sonra dövlət ittihamçısı Mövlam Şıxəliyevə bir neçə sual verib. Prokuror müstəntiqlərin törətdiyi cinyətlərindən məlumatının olub-olmadığını soruşub.

Mövlam Şıxəliyev isə məlumatsız olduğunu deyib:

“Müstəntiqlər işi hazır şəkildə gətirib verirdilər, imzalayırdım və lazım olanda Baş Prokurorluğa yönəldirdim. Biləvasitə Rüstəm Usubovun verdiyi tapşırıqları yerinə yetirmişik. Mən kargüzarlıqla məşğul olmuşam. Ancaq hər bir şeydən xəbərim vardı. Çünki istintaq idarəsinin rəisi idim.

İbrahim Zeynalovdan 8 milyon manat alınmasını özünüz burada aydınlaşdırdınız ki, kimə çatıb. Qoy prokurorluq bunu araşdırsın. İttiham alayarımçıqdır. Mənim Baş prokuror Kamran Əliyevə, onun 1-ci müavini Elçin Məmmədova hörmətim var. Mənə verilən ittiham əsassızdır. Müstəntiqlər barəmdə onlara düzgün məruzə etməyiblər. Qasım Məmmədov bizə qarşı qeyri-obyektiv mövqe tutub.

Məni siyasətə qarışdırmayın. Mən qərar verən şəxs olmamışam. Sadəcə görülən işlərə nəzarət eləmişəm. İbrahim Zeynalov xalça zavodu tikib. Ondan zavodun 40 faizini istəyiblər. Buna görə də mübahisə olub. Sonrasını da bilmirəm”.

Növbəti proses iyunun 28-də davam edəcək.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Previous Post

“Rüstəm Usubovun verdiyi tapşırıqları yerinə yetirmişik” – MTN işi

Next Post

Mirziyoyev: “Azərbaycanın uğurlarına ürəkdən sevinirik”

Bənzər yazılar

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

02 May 2024 - 14:56

Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Next Post
Mirziyoyev: “Azərbaycanın uğurlarına ürəkdən sevinirik”

Mirziyoyev: “Azərbaycanın uğurlarına ürəkdən sevinirik”

Mirziyoyev: “Azərbaycanın uğurlarına ürəkdən sevinirik”

Mirziyoyev: “Azərbaycanın uğurlarına ürəkdən sevinirik”

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.