"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Ölkədə yoxsulların sayı artır”

17 İyun 2022 - 16:50
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsitin 11 faizi icra olunmayıb”

Bunu da oxuyun

Kallas: “Hüsilərin Səudiyyə Ərəbistanına hücumları dünya iqtisadiyyatını sarsıdır”

Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

“Büdcənin icrası haqqında qanun layihəsi, əslində büdcənin icrasına dair hesabat bizə imkan verir ki, iqtisadiyyatımızla bağlı bəzi məsələlərə diqqət yetirək. Mənim diqqətimi çəkən o oldu ki, dövlətin nəzarət etdiyi iqtisadiyyatın əsas sahələri, yəni dövlət müəssiələri büdcəyə nə qədər vergi ödəyib, hökumətin təqdim elədiyi layihədə bu öz əksinin tapmasa da, Hesablama Palatasının rəyində bu rəqəmlər var”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasının ilkl plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili “deməli, hesabat ilində büdcə gəlirləri yuvarlaq 26, 4 milyard manat olub, onun 11 milyard 350 milyonu neft fondundan transfertdir. Yəni gömrük və vergi orqanlarının birgə topladığı gəlirlər 15 milyarddır”,- deyə əlavə edib: “Bu gəlirlərin yalnız 1,6 milyardını dövlət müəssisələri ödəyir. Bir dəfə də hökumətin hesabatlarından birində qeyd olunmuşdu ki, dövlət müəssiələrinin sayı təqribən 4500 civarındadır. Və bizim hökumət də hər zaman fəxrlə söyləyir ki, iqtisadiyatın əsas sahələri dövlətin nəzarətindədir. Belə olduğu halda büdcə gəlirlərinin də əsas hissəsini dövlət müəssisələri ödəməlidir. Amma vergilər xidməti vasitəsi ilə toplanan 8,5 milyard manatın cəmi 1,6 milyardını dövlət müəssisələri ödəyir. Xüsusilə acınacaqlı haldır ki, səhmlərində dövlətin payı olan müəssisələr 168 milyon manat vergi ödəməli idilər, amma 127 milyon manat ödəyiblər. Onun da 120 milyonunu Beynəlxalq Bank, 7 milyonunu digər müəssisələr ödəyib. Bu faktiki olaraq o deməkdir ki, bunlar vergi ödəmirlər. Belə olduğu halda biz soruşuruq ki, niyə bunlar özəlləşdirilmir və yaxud idarəetməyə verilmir? Hər zaman söylənilir ki, bu heç də doğru yol deyil. Yaxşı, doğru yol nədən ibarətdir? O yolu deyin. Yəni doğru yol budur və bu qaydada da davam edəcəkmi? Diqqətimi çəkən başqa bir məqam o oldu ki, büdcə hansı sahələr üzrə aşağı faizlərlə icra olunub. Birinci yerdə elm xərcləri gəlir ,15,6 faiz icra olunmayıb. Biz onsuz da elmə böyük vəsait ayırmırıq. Ayrılan vəsait ümumdaxili məhsulun cəmi 0,2 faizini təşkil edir.

Təqribən 180 milyon vəsait ayrılmışdı, onun 28 milyonu icra olunmayıb. İndi elm xərclərini bəzi inkişaf etmiş ölkələrlə müqayisə eləyirəm, hökumət gələn ilin büdcəsini hazırlayır, onların diqqətinə çatdırmaq istəyirəm. Baxın, Yaponiyada ümumdaxili məhsulun 3,2%-i, İsraildə 4,94%-i, Belçikada 2,77%-i, Finlandiyada 2,76%-i, Fransada 2,19%-i və Almaniyada 3,3%-i və s. elmə ayrılır. Bizdə də soruşurlar ki, niyə müasir silahları İsraildən alırıq? Ona görə ki, İsrail bizdən 20 dəfə artıq elmə pul ayırır. Ona görə elmə pul ayırmaq lazımdır. Bu il Müstəqillik Günü xüsusi təntənə ilə qeyd olundu. Müstəqillik günü həm də Teknofest festivalı keçirildi, qardaş Respublikanın Prezidenti Ərdoğan Azərbaycana səfərə gəldi. Bu həm də elm bayramı idi. Elmə pul ayırmadan elmi inkişaf elətdirmək mümkün deyil. Bu məni həqiqətən də, ciddi şəkildə narahat elədi. İkinci bir məsələ, bu da hamını narahat edən məsələdir. Hamımız bilirik ki, ölkədə yoxsulların sayı artır”.

Millət vəkili əlavə edib ki, ikinci ən az icra olunan sahə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu nazirliyə ayrılan vəsitin 11 faizi, yəni 168 milyonu xərclənməyib: “Bu da nə ilə əlaqədardır? Sosial ödənişlər üzrə xərclərin az icrası qeyri-qanuni təyinatların qarçısının alınması və bəzi təyinatların ləğv edilməsi, sənədlərin vaxtında təqdim edilməməsi və s. Olmazdı ki, biz yoxsul insanların gəlirlərinin hesablanması meyarlarını dəyişdirərdik, yaxud minimum ehtiyac meyarının məbləği artırılardı və büdcədən ayrılmış vəsait yoxsul insanlara verilərdi. Və məni narahat edən budur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi artıq beşinci ildir ki, işləyir. Yeni nazir təyin olunandan dərhal sonra yoxlamalara başladı. Ən çoxu 6 ay ərzində bu qeyri-qanuni məsələlərə son qoyulmalı idi. Amma hər il bu qədər vəsait kəsilirsə, deməli, iş təşkil oluna bilmir, düzgün qurulmur. Yaxşı olardı ki, ora bir vətən müharibəsi əlili təyin olunsun. Yoxsulluğu, kasıbçılığı görmüş, onun nə olduğunu hiss eləmiş biri təyin olunsaydı bu gün baş verənlər yaşanmazdı, bundan hökumət də, xalqımız da faydalanırdı. Və sonda, üçüncü ən az icra olunan sahə – bu da mədəniyyət, incəsənət və bu qəbildən olan digər fəaliyyət xərcərinə ayrılmış 411 milyonun 9.5%-nin xərclənməməsidir. Ayrılan vəsaitin cəmi 90,5 % -i xərclənib. Biz görürük ki, icra bütün digər sahələrdə, məsələn meliorasiya, güc strukturlarında hamısı 97, 98, 99%-dir.

Hökumət mədəniyyət, incəsənət, bədən tərbiyəsi, gənclər siyasətinə, bu sahədə fəaliyyət göstərən ziyalılarımıza, mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət yetirməlidir”.

Previous Post

“Ölkədə yoxsulların sayı artır”

Next Post

İlham Əliyev BMT rəsmilərini qəbul edib – YENİLƏNİB

Bənzər yazılar

Kallas: “Hüsilərin Səudiyyə Ərəbistanına hücumları dünya iqtisadiyyatını sarsıdır”

Kallas: “Hüsilərin Səudiyyə Ərəbistanına hücumları dünya iqtisadiyyatını sarsıdır”

18 Sentyabr 2026 - 19:00

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas hüsilərin Səudiyyə Ərəbistanına hücumlarını yolverilməz adlandırıb və bu hücumların...

Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19

Yardımlı stansiyasından 23km cənub-şərqdə Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb. Elchi.az  xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika...

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

17 Sentyabr 2026 - 17:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüş keçirəcəklər. Elchi.az "Dünya"...

Lavrov ABŞ-ı təriflədi

Lavrov ABŞ-ı təriflədi

17 Sentyabr 2026 - 16:00

ABŞ nümayəndələri Rusiyaya qınaq bəyanatları səsləndirmək üçün deyil, ciddi müzakirələr aparmaq məqsədilə gəlirlər. Elchi.az xəbər verir ki, bunu Rusiya xarici...

Next Post
İlham Əliyev BMT rəsmilərini qəbul edib – YENİLƏNİB

İlham Əliyev BMT rəsmilərini qəbul edib - YENİLƏNİB

İlham Əliyev BMT rəsmilərini qəbul edib – YENİLƏNİB

İlham Əliyev BMT rəsmilərini qəbul edib - YENİLƏNİB

Son xəbərlər

Kallas: “Hüsilərin Səudiyyə Ərəbistanına hücumları dünya iqtisadiyyatını sarsıdır”

Kallas: “Hüsilərin Səudiyyə Ərəbistanına hücumları dünya iqtisadiyyatını sarsıdır”

18 Sentyabr 2026 - 19:00
Bakı və Sumqayıtda yaşıllıqlara 40 min ziyan vuruldu

Bakı və Sumqayıtda yaşıllıqlara 40 min ziyan vuruldu

18 Sentyabr 2026 - 18:44
“PeşəFest-2026” başlayıb

“PeşəFest-2026” başlayıb

18 Sentyabr 2026 - 18:36
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir

Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir

18 Sentyabr 2026 - 18:23
Bricit Makron barədə iddiaları ilə tanınan jurnalist Nataşa Rey vəfat etdi

Bricit Makron barədə iddiaları ilə tanınan jurnalist Nataşa Rey vəfat etdi

18 Sentyabr 2026 - 18:10
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçiləri birgə təlim keçirəcək – VİDEO

Azərbaycan, Özbəkistan və Türkiyə hərbçiləri birgə təlim keçirəcək – VİDEO

18 Sentyabr 2026 - 17:57
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

18 Sentyabr 2026 - 17:45
Dərbənddə bu teatra Maqomayevin adı verildi

Dərbənddə bu teatra Maqomayevin adı verildi

18 Sentyabr 2026 - 17:39
Məşhur türkiyəli aktyor narkotik əməliyyatı çərçivəsində saxlanılıb

Məşhur türkiyəli aktyor narkotik əməliyyatı çərçivəsində saxlanılıb

18 Sentyabr 2026 - 17:26
Milanda “iPhone 18” satışları etiraz aksiyaları ilə başlayıb

Milanda “iPhone 18” satışları etiraz aksiyaları ilə başlayıb

18 Sentyabr 2026 - 17:15
U-15 dünya çempionatı: Azərbaycan millisinin rəqibləri bəlli oldu

U-15 dünya çempionatı: Azərbaycan millisinin rəqibləri bəlli oldu

18 Sentyabr 2026 - 17:08
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

18 Sentyabr 2026 - 16:59
Makron: Fransa kritik vacib obyektlərin PUA və kiberhücumalardan qorunmasını hazırlayacaq

Makron: Fransa kritik vacib obyektlərin PUA və kiberhücumalardan qorunmasını hazırlayacaq

18 Sentyabr 2026 - 16:47
Azərbaycanda 3 tam orta məktəbin tikintisi üçün 20,3 milyon manat ayrıldı

Azərbaycanda 3 tam orta məktəbin tikintisi üçün 20,3 milyon manat ayrıldı

18 Sentyabr 2026 - 16:35
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək

Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək

18 Sentyabr 2026 - 16:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.