"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Ermənistanın Rusiyadan xəbərsiz addım atması inandırıcı görünmür”-ŞƏRH

10 İyun 2022 - 12:36
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Paşinyan görüş zamanı Ermənistanda səfərdə olan Lavrovdan kömək istəyib. Baş nazir bildirib ki, İrəvan Bakıdan erməni hərbi əsirlərin qaytarılması məsələsində, eləcə də Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesində Moskvanın dəstəyinə ümid edir.
“Ermənistan və Rusiya strateji tərəfdaş və müttəfiqdirlər, ona görə də ikitərəfli səfərlərin intensivliyi yüksək olmalıdır. İkitərəfli münasibətlərin gündəliyi geniş və şaxələndirilmişdir”.

Bunu da oxuyun

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Paşinyanın hiyləsi

Görüş barədə fikirlərini Elchi.az-la bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Niyaməddin Orduxanlı qeyd edib ki, əslində Ermənistanın Rusiyanın himayəsində olması təbii bir haldır.

Politoloq vurğulayıb ki, son illər İrəvanda hakimiyyət dəyişikliyi baş versə də, Ermənistan bu günə qədər bütün dünyada Rusiyanın for-postu kimi qəbul edilib:

“Hətta Ermənistana Rusiyanın bir subyekti kimi baxılır. Ancaq Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəlsə də, o, istənilən vaxtı həm Rusiya, həm Qərb, həm də digər dairələrin vasitələrindən hakimiyyətinin güclənməsi üçün istifadə edir. Nəzərdən qaçırtmamalıyıq ki, bu günə qədər Paşinyan Rusiya və Avropa vasitəsilə Azərbaycanla olan 44 günlük müharibədən sonra öz əsirlərini geri alıb. Ona görə də Paşinyanın növbəti dəfə özünü acınacaqlı duruma salaraq Kremldən kömək istəməsi təbii qarşılanmalıdır. Bu, Paşinyanın növbəti hiyləsidir. 10-20 nəfər əsirin geri qaytarılması, delimitasiya və demarkasiyanın sürətlə aparılması Paşinyan hakimiyyətini gücləndirir. Bu baxımdan o, Rusiya ilə Azərbaycanın yaxın münasibətlərini çox yaxşı bilir və növbəti dəfə bu cür vasitələrlə Kremlin imkanlarından istifadə edib Azərbaycanın dəstəyini qazanmaq istəyir”.

Lavrovun Ermənistana səfəri boşuna deyil

N.Orduxanlının sözlərinə görə, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, ölkə başçısı İlham Əliyev və Paşinyanın Brüsseldəki 6 aprel görüşündən sonra baş nazirin sülh danışıqlarına dair mesajları oldu:

“Birinci Brüssel görüşdən dərhal sonra Paşinyanın Rusiyaya səfəri baş tutdu və Putinlə görüşdü. Brüsseldəki ikinci görüşdən sonra isə Lavrovun Ermənistana səfər etməsi təsadüfi deyil. Bu, onu deməyə əsas verir ki, Rusiya Aİ-na və Qərbin digər mərkəzlərinə göstərmək istəyir ki, bütün hallarda Rusiyasız hansısa sülh sazişinin imzalanması, müəyyən proseslərin baş tutması qeyri-mümkündür. Lavrovun Ermənistana səfərinin də əsas mahiyyəti bununla bağlıdır”.

N.Orduxanlının fikrincə, Rusiyanın bu gün də Ermənistanda təsir imkanları çox böyükdür:

“Ermənistan cəmiyyətindəki revanşist qüvvələr, Koçaryan-Sarkisyan cütlüyü fasiləsiz mitinqlər keçirir, xeyli sayda insan həbs olunub. Yəni belə bir təlatümlü dövrdə Lavrovun səfəri boşuna deyil. Bütün hallarda Ermənistanın Rusiyadan xəbərsiz hansısa addım atması inandırıcı görünmür”.

Yeganə

Previous Post

“Ermənistanın Rusiyadan xəbərsiz addım atması inandırıcı görünmür”-ŞƏRH

Next Post

Sədr: “Əlilliyin elektron qiymətləndirilməsində səhvlərə yol verilir”

Bənzər yazılar

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

08 Noyabr 2026 - 19:30

“Bu gün Türkiyə dövləti əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərliyi ilə böyük siyasi gücə çevrilib, dünya miqyasında böyük...

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

08 Noyabr 2026 - 14:21

Qələbə azadlıq kimidir, verilmir, alınır, qazanılır. Azərbaycan xalqı olaraq Qarabağ zəfərini mübaliğəsiz Prezident İlham Əliyev xalqımıza yaşatdı. Ağrılı-acılı işğal günlərində...

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

08 Noyabr 2026 - 13:30

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifin Zəfər Günü ilə bağlı təbrikinə görə Pakistan liderinə təşəkkür edib. Elchi.az...

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

08 Noyabr 2026 - 12:22

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edir. Elchi.az xəbər verir ki, müraciəti dövlət...

Next Post
Sədr: “Əlilliyin elektron qiymətləndirilməsində səhvlərə yol verilir”

Sədr: “Əlilliyin elektron qiymətləndirilməsində səhvlərə yol verilir”

Sədr: “Əlilliyin elektron qiymətləndirilməsində səhvlərə yol verilir”

Sədr: “Əlilliyin elektron qiymətləndirilməsində səhvlərə yol verilir”

Son xəbərlər

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

11 Noyabr 2026 - 12:05
İran: Hörmüz boğazında dəniz minasına dəyən tanker alovlanıb

İran: Hörmüz boğazında dəniz minasına dəyən tanker alovlanıb

11 Noyabr 2026 - 11:53
Nazir müavini: Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək

Nazir müavini: Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək

11 Noyabr 2026 - 11:37
Sahil Babayev: Neftdən asılılıq davamlı olaraq azalır

Sahil Babayev: Neftdən asılılıq davamlı olaraq azalır

11 Noyabr 2026 - 11:27
Bakıda avtomobil körpüdən yola aşıb – FOTO

Bakıda avtomobil körpüdən yola aşıb – FOTO

11 Noyabr 2026 - 11:13
Cənubi Koreyada avtobus 32 nəqliyyat vasitəsinə çırpıldı: Çoxlu sayda yaralı var

Cənubi Koreyada avtobus 32 nəqliyyat vasitəsinə çırpıldı: Çoxlu sayda yaralı var

11 Noyabr 2026 - 10:55
İran Argentina hərbi dəniz və hava qüvvələrini “terror təşkilatı” elan etdi

İran Argentina hərbi dəniz və hava qüvvələrini “terror təşkilatı” elan etdi

11 Noyabr 2026 - 10:46
Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib

11 Noyabr 2026 - 10:37
G7 liderləri Putin və Zelenski arasında görüş keçirilməsinə çağırır

G7 liderləri Putin və Zelenski arasında görüş keçirilməsinə çağırır

11 Noyabr 2026 - 10:28
Kennedi ailəsi Trampın zəfər tağı layihəsinə qarşı məhkəmə iddiası qaldırıb

Kennedi ailəsi Trampın zəfər tağı layihəsinə qarşı məhkəmə iddiası qaldırıb

11 Noyabr 2026 - 10:19
Azərbaycanın Çindən yük qatarlarının qəbulunda kəskin artım olub

Azərbaycanın Çindən yük qatarlarının qəbulunda kəskin artım olub

11 Noyabr 2026 - 10:08
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

11 Noyabr 2026 - 09:55
Endrik qışda “Real Madrid”dən ayrılmaq qərarına gəldi

Endrik qışda “Real Madrid”dən ayrılmaq qərarına gəldi

11 Noyabr 2026 - 09:44
Azərbaycan neftinin son ticarət qiyməti açıqlanıb

Azərbaycan neftinin son ticarət qiyməti açıqlanıb

11 Noyabr 2026 - 09:36
FHN: Bayram günlərində 72 yanğına çıxış olub, 18 nəfər xilas edilib – VİDEO

FHN: Bayram günlərində 72 yanğına çıxış olub, 18 nəfər xilas edilib – VİDEO

11 Noyabr 2026 - 09:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.