"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

XİN Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyi ilə bağlı bəyanat yayıb

03 İyun 2022 - 10:18
in SİYASƏT
FacebookVatsap

“3 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 ili tamam olur. Ötən üç onillik ərzində Azərbaycan və UNESCO arasında əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edib və ölkəmiz, iştirakçısı olduğu bütün beynəlxalq platformalarda, o cümlədən UNESCO çərçivəsində dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində etibarlı tərəfdaşa çevrilib”.
Bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) üzvlüyünün 30-cu ildönümü ilə bağlı bəyanatında deyilir.
Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası yaradılıb və növbəti illərdə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq daha da inkişaf etdirilib:
“UNESCO-nun məqsəd və prinsiplərinə sadiq qalaraq, təşkilatın bütün prioritet istiqamətləri üzrə fəaliyyətini davam etdirən Azərbaycan bu gün UNESCO-nun ən fəal üzvlərindən biridir.
Ölkəmizin təşkilatla əməkdaşlığının inkişafında, təşkilatın ideya və məqsədlərinin beynəlxalq səviyyədə və ölkə daxilində təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. Məhz Birinci vitse-prezidentin diqqət və dəstəyi ilə təhsil, mədəni irsin qorunması, Azərbaycanda və dünyada tarixi abidələrin bərpa və mühafizə olunması, mədəniyyətlərarası dialoq və digər sahələrdə Azərbaycan tərəfindən UNESCO dəyərlərinin təşviq edilməsinə böyük töhfələr verilib. Bu illər ərzində Azərbaycanın 3 maddi irs və 15 qeyri-maddi irs nümunəsi UNESCO-nun müvafiq siyahılarına daxil edilib”.
Bəyanatda vurğulanır ki, aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, ölkəmiz 2021-ci ilin noyabr ayında UNESCO Baş konfransının 41-ci sessiyası zamanı keçirilən seçkilərdə üzvlərin böyük əksəriyyətinin dəstəyini qazanmaqla 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasının üzvü seçilib: “Azərbaycanın 3 şəhəri – Bakı, Gəncə və Qəbələ – UNESCO-nun Öyrənən Şəhərlər Şəbəkəsində, Bakı, Şəki və Lənkəran şəhərləri isə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsində yer almaqdadır.
Davamlı və dinamik iqtisadi inkişaf yolu keçən Azərbaycan dünyanın müxtəlif yerlərində UNESCO-nun nəcib missiyasını dəstəkləyir, UNESCO dəyərlərinin, eləcə də mədəniyyətlərarası dialoq və sülhün təşviqi ideyasının həyata keçirilməsi istiqamətində təşkilatla sıx əməkdaşlıq edir və donor dövlət kimi bir sıra birgə layihələr həyata keçirir. Ölkəmiz 2013-cü ildə UNESCO ilə imzalanmış Çərçivə sazişinə uyğun olaraq təsis edilmiş Etimad Fondu vasitəsilə Təşkilatın fəaliyyət istiqamətləri üzrə proqram və layihələrə öz dəstəyini göstərir.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan COVID-19 Pandemiyasının təsirlərinin aradan qaldırılması məqsədilə UNESCO-nun təşəbbüsü ilə təsis edilən Qlobal Təhsil Koalisiyasına qoşulan və maliyyə töhfəsi verən ilk ölkələrdən biri olub.
Azərbaycan UNESCO ilə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyası çərçivəsində fəal əməkdaşlıq edir. 2015-2019-cu illərdə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitənin üzvü olmuş Azərbaycan, 2021-ci ildən yenidən həmin Komitənin üzvləri arasındadır.
30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni və dini irsimizin dağıdılması, təhqir edilməsi, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətləri barədə UNESCO mütəmadi olaraq məlumatlandırılıb. Ölkəmizin əraziləri işğaldan azad edildikdən sonra bütün ölkə boyu olduğu kimi, bu ərazilərdəki abidələrin mənşəyindən asılı olmayaraq bərpası və mühafizəsi Azərbaycan hökuməti üçün prioritet təşkil edən məsələlər sırasında yer alıb.

Bunu da oxuyun

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

Azərbaycan multikultural ölkədir, ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur və bütün dinlərin nümayəndələrinə və mədəniyyətinə hörmətlə yanaşılır.
Azərbaycan tərəfi UNESCO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib. Ölkəmiz uzun illər ərzində öz təcrübəsi və iştirakı ilə həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib. Ölkəmiz, bundan sonra da UNESCO-nun dəyərlərinə sadiq qalmaqla Təşkilatın fəaliyyət istiqamətləri üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam etdirəcəkdir”.

Previous Post

XİN Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyi ilə bağlı bəyanat yayıb

Next Post

Bakalavriat və magistrların Xaricdə təhsil üzrə Dövlət Proqramına iştirakçı seçimi meyarları müəyyənləşib

Bənzər yazılar

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:09

Bakı–Tbilisi–Bakı qatarında qatarların sayı artmaqla yanaşı qiymətlər də aşağı düşdü. Bu yaxşı xəbərdir, amma Gürcüstana gedərkən səyahət sığortasını unutmayaq. Ölkəyə...

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

02 Oktyabr 2026 - 16:41

Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları...

YAP-ın VIII Qurultayı başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

02 Oktyabr 2026 - 16:24

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı öz işini başa vurub. Elchi.az xəbər verir ki, Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib....

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
Bakalavriat və magistrların Xaricdə təhsil üzrə Dövlət Proqramına iştirakçı seçimi meyarları müəyyənləşib

Bakalavriat və magistrların Xaricdə təhsil üzrə Dövlət Proqramına iştirakçı seçimi meyarları müəyyənləşib

Bakalavriat və magistrların Xaricdə təhsil üzrə Dövlət Proqramına iştirakçı seçimi meyarları müəyyənləşib

Bakalavriat və magistrların Xaricdə təhsil üzrə Dövlət Proqramına iştirakçı seçimi meyarları müəyyənləşib

Son xəbərlər

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.