Kiyev konstruktiv yanaşma nümayiş etdirən və Rusiyanın təkliflərinə cavab verən kimi, Moskva Ukrayna ilə danışıqlara qayıtmağa hazır olacaq.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Ukrayna konstruktiv mövqe nümayiş etdirən və ona verilən təkliflərə ən azı reaksiya verən kimi, biz danışıqlara qayıtmağa hazır olacağıq”, – deyə rusiyalı diplomat vurğulayıb.
Rudenko Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyakın Kiyevin Moskva ilə yeni ərazi reallıqlarının tanınmasını nəzərdə tutan istənilən razılaşmanı istisna etdiyini bildirən bəyanatını da şərh edib. Diplomat qeyd edib ki, Moskva Kiyev hakimiyyətinin rəsmi reaksiyasını rəhbər tutur.
Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır
ABŞ Prezidenti Donald Tramp süni intellekt texnologiyasının nəzarətdən çıxması ilə bağlı "xəstə bir sui-qəsd"in təşkil edildiyini iddia edib. Sosial media...

















Son şərhlər