"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azercell 3 ay ərzində 1 milyona yaxın sorğu qəbul edib

22 Aprel 2022 - 18:42
in İQTİSADİYYAT
FacebookVatsap

Azercell-in Əlaqə Mərkəzi 3 ay ərzində 1 milyona yaxın zəng qəbul edib.

Bunu da oxuyun

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

Mərkəzi Bankın inflyasiya proqnozu

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

Elchi.az Azercell-ə istinadən xəbər verir ki, Azərbaycanda innovativ, dünya standartlarına uyğun müştəri xidməti sistemi modelini quran və müştəri məmnuniyyətinin artırılmasını hədəfləyən “Azercell Telekom” MMC bu istiqamətdə fəaliyyətini davam etdirir

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” kimi səslənən şirkətin yeni məqsədi rahat və innovativ həllər vasitəsilə abunəçilərin həyat keyfiyyətini yaxşılaşdırmağa fokuslanır. Hazırda Azercell müraciətlərin vaxtında və effektiv formada cavablandırılmasını, eləcə də müştərilər tərəfindən irəli sürülən bütün təklif və şərhlərin diqqətlə araşdırılmasını təmin edir.

Qeyd edək ki, müasir dövrün tələbatına uyğunlaşan və hətta bir addım öndə olaraq ən yeni tendensiyaları tətbiq edən Azercell rəqəmsal kanallar üzərindən göstərdiyi xidmət çeşidinin genişləndirilməsinə xüsusilə diqqət ayırır. Təkcə son 3 ay ərzində şirkətə onlayn kanallar vasitəsilə 250 000-dən çox müraciət daxil olub və bunlardan təxminən 38 000-i sosial şəbəkələrdən ünvanlandırılıb. Hazırda Azercell-in müştəri xidmətləri Facebook, Instagram, Twitter, LinkedIn və YouTube platformalarında fəaliyyət göstərir.

“Azercell Telekom” MMC cari ilin birinci rübü ərzində Əlaqə Mərkəzinə daxil olan zənglərin statistikasını da açıqlayıb. Belə ki, ötən il Azercell-in Əlaqə Mərkəzinə 1 milyona yaxın zəng daxil olub və bu zənglərin 98%-i cavablandırılıb. Bu müraciətlərin təxminən 28 000 -i Azercell Premium dəstək xəttinə, 34 000-i isə Korporativ müştərilərə xidmət göstərən Telefon Mərkəzinə ünvanlandırılıb. Şirkətin Əlaqə Mərkəzinin müştəri məmnuniyyəti səviyyəsi 93%-dən çox təşkil edib.

Ümumilikdə Telefon Mərkəzinə daxil olmuş müraciətlərin ortalama cavablanma müddəti təxminən 2,5 dəqiqə təşkil edib. Müraciətlərin məzmununa gəlincə, fərqli kanallar vasitəsilə daxil olan sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və kampaniyalara aid məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.

Qeyd edək ki, istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə “Azercell Telekom” MMC tərəfindən işlənib hazırlanmış “Kabinetim” tətbiqi də abunəçi sorğularının həlli istiqamətində atılmış ən böyük addımlardan biridir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət etmək və xidmətlərə qoşulmaq da mümkündür.

Azercell Müştəri Xidmətləri sahəsində həyata keçirdiyi yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Bu sahədə ölkəmizdə örnək olan Azercell fəaliyyət dövrü ərzində “ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq” sertifikatına, eləcə də “ISO 10004:2018 : Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi üzrə təlimatlar” və “ISO 18295-1:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq” sertifikatlarına layiq görülmüşdür.

Xatırladaq ki, Azercell-in Telefon Mərkəzi ilə 7/24 rejimində çalışan *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçilər üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçilər üçün) şəhər nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür.

Previous Post

Azercell 3 ay ərzində 1 milyona yaxın sorğu qəbul edib

Next Post

Elchi.az

Bənzər yazılar

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

23 Sentyabr 2026 - 15:30

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 751 milyon ABŞ dolları təşkil edib. Elchi.az...

Mərkəzi Bankın inflyasiya proqnozu

Mərkəzi Bankın inflyasiya proqnozu

23 Sentyabr 2026 - 13:51

Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövr üzrə inflyasiya gözləntilərini açıqlayıb. Elchi.az xəbər verir ki, AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı qərarında...

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

23 Sentyabr 2026 - 12:04

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən sentyabr ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib. ADSEA-dan Elchi.az-a...

Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri – CƏDVƏL

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb

23 Sentyabr 2026 - 09:47

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,91 ABŞ...

Next Post

Elchi.az

“İlkin Nərminin qohumlarından biri ilə bu cinayəti törədib” – MƏHKƏMƏ

"İlkin Nərminin qohumlarından biri ilə bu cinayəti törədib" - MƏHKƏMƏ

Son xəbərlər

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

23 Sentyabr 2026 - 16:48
Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər

Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər

23 Sentyabr 2026 - 16:41
Livan Prezidenti neftin Suriya və Livan üzərindən nəqlini təklif edib

Livan Prezidenti neftin Suriya və Livan üzərindən nəqlini təklif edib

23 Sentyabr 2026 - 16:33
Su polisi brakonyerlik edən şəxsi saxlayıb

Su polisi brakonyerlik edən şəxsi saxlayıb

23 Sentyabr 2026 - 16:25
Bakıda 31 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Bakıda 31 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

23 Sentyabr 2026 - 16:14
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

23 Sentyabr 2026 - 16:06
“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

23 Sentyabr 2026 - 16:00
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? – RƏSMİ CAVAB

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? – RƏSMİ CAVAB

23 Sentyabr 2026 - 15:53
Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq?

Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq?

23 Sentyabr 2026 - 15:44
Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

23 Sentyabr 2026 - 15:30
Azərbaycanda 8 ayda 97 internet resursuna giriş məhdudlaşdırılıb

Azərbaycanda 8 ayda 97 internet resursuna giriş məhdudlaşdırılıb

23 Sentyabr 2026 - 15:16
Elşad Miri: “Uşaqların baş örtüsü” deyilən bir anlayış yoxdur”

Elşad Miri: “Uşaqların baş örtüsü” deyilən bir anlayış yoxdur”

23 Sentyabr 2026 - 15:08
Rutte: “Müttəfiqlər müdafiə məsələsində ABŞ-a ciddi şəkildə bel bağlayıblar”

Rutte: “Müttəfiqlər müdafiə məsələsində ABŞ-a ciddi şəkildə bel bağlayıblar”

23 Sentyabr 2026 - 15:00
Azərbaycanlılara görə divarları yazanlar həbs olundu

Azərbaycanlılara görə divarları yazanlar həbs olundu

23 Sentyabr 2026 - 14:52
Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

23 Sentyabr 2026 - 14:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.