"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Əhməd İsmayılov: “Media Reyestrinin aparılması qaydaları razılaşdırma mərhələsindədir” – MÜSAHİBƏ

22 Aprel 2022 - 19:45
in GÜNDƏM
FacebookVatsap

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun APA-ya müsahibəsi

Bunu da oxuyun

Dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

– “Media haqqında” Qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsinin hazırlanması ilə bağlı təkliflərinizi təqdim etmisiniz? Həmin təkliflərdə nələr nəzərdə tutulur?

– “Media haqqında” Qanunun qəbul olmasından sonra Prezident İlham Əliyevin Fərmanına uyğun olaraq biz bütün normativ hüquqi aktlara dəyişikliklər layihəsini uyğunlaşdırma qaydasında təqdim etmişik. Azərbaycanda Media Reyestrinin aparılması qaydaları və jurnalist vəsiqələrinin nümunəvi formasının təsdiqi ilə bağlı tapşırıqlar var idi. Bu normativ hüquqi aktların layihələri də hazırlanıb aidiyyəti üzrə təqdim olunmaqdadır. Hazırda müvafiq dövlət qurumları ilə birgə həmin layihələrin müzakirəsi davam etdirilir və razılaşdırıldıqdan sonra nəzərdə tutulmuş müddətlərdə hökumətə təqdim olunacaq. Cənab Prezidentin Fərmanında olan tapşırıqlar çərçivəsində “Media haqqında” Qanunun pozulmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi ilə bağlı məsələlər də hazırda müzakirə obyektidir. Müzakirələr nəticəsində məqsədə müvafiq bilindiyi halda razılaşdırılmış şəkildə təkliflərimiz olacaq. Hazırda da normativ hüquqi aktlarda media ilə bağlı və jurnalist fəaliyyətindən sui-istifadə ilə bağlı normalar mövcuddur. Əgər qanunun tətbiqi ilə bağlı həmin müddəalarda dəyişiklik olunması zərurəti meydana çıxarsa, bununla bağlı təkliflərimiz təqdim olunacaq.

– Media Reyestrinin aparılması qaydalarının layihəsi hazırlanıb?

– Bayaq da qeyd etdiyim kimi, hazırda Media Reyestrinin aparılması qaydalarının qurumlarla razılaşdırması yekunlaşma mərhələsindədir. Razılaşdırıldıqdan sonra hökumətə təqdim olunacaq və artıq müvafiq şəkildə qaydalar təsdiq olunacaq. Qaydalar təsdiq olunduqdan sonra həmin Reyestrin informasiya texnologiyalarının tələbləri nəzərə alınmaqla, onun proqram təminatının yazılması və digər texniki tələbləri işlənib hazırlanıb yekunlaşdırılacaq. Daha qısa müddətdə onun media ictimaiyyətinə təqdim olunması həyata keçiriləcək.

– Jurnalist vəsiqəsinin forması müəyyənləşib? Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği barədə təklifiniz necədir?

– “Media haqqında” Qanuna əsasən, buna görə müəyyən haqq nəzərdə tutulub. Çünki bildiyiniz kimi, dövlət tərəfindən verilən bütün xidmətlərin haqları, rüsumları var. O da hazırda müzakirə obyektidir. Vəsiqənin təqdim olunması üçün müəyyən haqqın təsdiq olunmasına ehtiyac var. Yəni təsdiq olunduqdan sonra bu barədə mediaya müvafiq məlumatlar ötürəcəyik.

– Hər hansı məbləğ düşünülüb?

– Hər hansı xidmətin həyata keçirilməsi üçün vəsiqənin işlənib hazırlanması və jurnalistlərə təqdim olunması ilə bağlı nə qədər xərc varsa, onu aşmayacaq. Bu, çox bahalı xidmət deyil.

– Bəs istinad sahəsində problemlərin aradan qaldırılması üçün hansı mexanizmlərdən istifadə olunacaq?

– “Media haqqında” Qanunda müəlliflik hüquqları ilə bağlı məsələlərə aydınlıq gətirilib. Bizim MEDİA Agentliyi bu məsələyə çox diqqətlə yanaşır. Bu günlərdə biz peşə etika qaydaları ilə bağlı da hər bir media subyektinin peşə kodeksinin hazırlanması üçün köməklik göstərmək məqsədilə nümunəvi bir formanı media subyektlərinə təqdim etmişik. Hazırda media subyektlərində həmin nümunəvi formaya əsasən, müzakirələr aparılır və media subyektlərinin özləri tərəfindən onların təkmilləşdirilməsi və hər bir media subyektinin özünə uyğun redaksiya siyasəti çərçivəsində həmin peşə etikası kodekslərinin təsdiq olunması prosesinə artıq başlanıb. Media subyektlərinin saytlarında, öz informasiya ehtiyatlarında həmin qaydaların yerləşdirilməsi həyata keçiriləcək. Düşünürük ki, bu kodekslərin tətbiq olunması, hər bir media subyektində bunun rəhbər tutulması özü də müəlliflik hüquqlarının qorunmasına təkan verəcək. Lakin bu elə məsələdir ki, müəlliflik hüququ ilə bağlı hər bir şəxs özü müraciətlər etməlidir və özü də öz hüquqlarının qorunması ilə bağlı digər media subyektlərinə öz fikrini bildirməlidir. Media Agentliyi olaraq biz bu hallara çox ciddi yanaşırıq. Monitorinqlərdə də belə hallara rast gəldikdə, media subyektlərinə belə halların aradan qaldırılması ilə bağlı tövsiyələr verməkdəyik.

Hər bir jurnalistimizin və media subyektimizin hüquqlarını “Media haqqında” Qanun təmin edir. Bu hüquqların qorunmasında hər hansı köməkliyə ehtiyac olarsa və Media Agentliyinə müraciət etdikləri təqdirdə bizim tərəfimizdən səlahiyyətlərimiz çərçivəsində, normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq köməklik göstəriləcək.

Previous Post

Əhməd İsmayılov: “Media Reyestrinin aparılması qaydaları razılaşdırma mərhələsindədir” – MÜSAHİBƏ

Next Post

Azərbaycanda 13 hakim işdən ÇIXARILIB

Bənzər yazılar

Dağ-mədən və metallurgiyada  böyük inkişaf hədəfləri

Dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri

23 Sentyabr 2026 - 17:06

İqtisadi qüdrətini möhkəmləndirən ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoyur. Avropanın enerji təminatında böyük pay sahibi olan Azərbaycan regionda iqtisadi imkanlarını...

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

23 Sentyabr 2026 - 14:43

Azərbaycanlı və erməni ekspertlərin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Elchi.az apa-ya istinadla xəbər...

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

23 Sentyabr 2026 - 13:42

Ötən il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib. Elchi.az xəbər verir ki,...

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

22 Sentyabr 2026 - 18:13

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melaniya...

Next Post
Azərbaycanda 13 hakim işdən ÇIXARILIB

Azərbaycanda 13 hakim işdən ÇIXARILIB

Azərbaycanda 13 hakim işdən ÇIXARILIB

Azərbaycanda 13 hakim işdən ÇIXARILIB

Son xəbərlər

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22
Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09
Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

24 Sentyabr 2026 - 21:06
ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

24 Sentyabr 2026 - 21:03
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

24 Sentyabr 2026 - 20:04
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

24 Sentyabr 2026 - 20:02
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

24 Sentyabr 2026 - 19:59
“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 - 19:57
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

24 Sentyabr 2026 - 19:54
Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

24 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

24 Sentyabr 2026 - 19:14
Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

24 Sentyabr 2026 - 19:03
“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

24 Sentyabr 2026 - 18:51
Sabirabadda baş verən qəzada ölən və yaralanan var

Sabirabadda baş verən qəzada ölən və yaralanan var

24 Sentyabr 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.